14 C
Baku
29 Mart 2024, 19:56
Siyasət

Şimali Koreya iddia edir ki, Covid “yadplanetlilər”lə gəlib

Bugün.tv Pxenyan dövlət mediasına istinadən xəbər verir ki, Şimali Koreyanın Covid epidemiyası vətəndaşların Cənubi Koreya ilə sərhədə yaxın düşmüş “yadplanetli əşyalara” toxunması ilə başlayıb.

Vətəndaşlar cənubdan sərhədi keçə biləcək obyektlərə qarşı diqqətli olmağa çağırılıb.

Cavab olaraq Seul deyir ki, Covid-in bu şəkildə sərhədi keçə bilməsi  üçün “heç bir ehtimal” yoxdur.

Şimali Koreyanın dövlət mediasına görə, rəsmi araşdırmalar Cənubi Koreya sərhədi yaxınlığında naməlum materiallarla təmasda olduqdan sonra Covid-ə yoluxan iki nəfəri müəyyən edib.

Aprelin əvvəlində 18 yaşlı əsgər və beş yaşlı uşağın Iforidəki təpədə əşyalar tapdıqdan sonra virusa yoluxduğu bildirilib.

O vaxtdan  dövlət mediası  Şimali Koreyada  Covid-19 virusunun sürətlə yayıldı” xəbərini verdi.

Yerli medianın bildirdiyinə  görə, ölkə sakinlərinə “demarkasiya xətti və sərhədlər boyu ərazilərə ,külək və digər iqlim hadisələri ilə gələn yadplanetli obyektlərə və hava şarlarına qarşı ayıq-sayıq davranmaq” tapşırılıb.

Bugün TV

Oxşar xəbərlər

“Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır”

Aynur Camal

DGK sədrinin müavini vəzifəsindən AZAD EDİLDİ

Şükufə Ramizqızı

Zirvə İslahatlara Dəstək Mərkəzi Türkiyədə tədbir keçirdi – VİDEO

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu