Mədəniyyət

Yazarlara dəstək layihəsinə start verildi

Mayın 13-də İçərişəhər “Art Tower Gallery”də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdindəki Mədəni Tədbirlərin təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzi kitab təqdimatı və imza günlərinin keçirilməsinə dəstək layihəsini təqdim edib.

Layihənin əsas məqsədi ölkəmizdə kitaba, mütaliəyə marağın artırılması, istedadlı insanlara dəstək olmaq, onların geniş oxucu auditoriyasına tanıdılması üçün yeni imkanların yaradılmasıdır.

Təqdimat mərasimində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, yazıçı, jurnalist Rəşad Məcid, filologiya elmlər doktoru, ədəbi tənqidçi Cavanşir Yusifli, ədəbiyyat və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbirdə artıq şair və yazarların Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzə müraciət edərək təklif olunan dəstəkdən yararlana biləcəkləri diqqətə çatdırılıb.

Çıxış edən Bakı Şəhəri Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev layihənin önəmli məqamlarından danışıb. Bakı şəhərində analoji sahədə gedən inkişaf, yeniliklər barədə tədbir iştirakçılarını məlumatlandırıb. 

Bildirilib ki, təqdimatı olan layihə silsilə şəkildə keçiriləcək.

Yeni layihənin təqdimatının ardınca furşet masası ətrafında açıq havada canlı musiqinin müşayiətilə iki yazarın – Samirə Əşrəf və İlham Əzizin imza günü baş tutub.

İlham Əziz ədəbi fəaliyyətə gec başlasa da, ədəbi ictimaiyyətin diqqətini çəkə bilmiş yazıçılardandır. Onun haqqında ədəbiyyatşünaslar, ədəbi tənqidçilər resenziyalar və təqdir yazıları yazıb. İlham Əzizin imzaladığı “Şimşəkdən sonra” adlı kitab hekayələr toplusudur. Bu müəllifin ilk kitabıdır.

Samirə Əşrəf ədəbi fəaliyyətə on ildən artıqdır ki, başlayıb. “Mənim üçün qızılgül” hekayələr toplusu müəllifin sayca ikinci kitabıdır. Samirə Əşrəf Azərbaycanda tanınmış gənc yazarlardandır. O, həmçinin 10 ilə yaxındır mətbuatda çalışır.

Qeyd edək ki, təqdimat “Arts council” təşkilatının texniki dəstəyilə baş tutub

Bugün TV

Oxşar xəbərlər

Füzuli Dövlət Teatrı bölgələrdə qastrol səfərinə start verib

Şükufə Ramizqızı

Qaşının soydaşlar, qaşının

Aynur Əfəndi Zadə

Xalq artisti vəfat etdi.

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu