4 C
Baku
28 Fevral 2026, 13:22
Baş xəbərSosial

ƏƏSMN: “e-təyinat sistemləri vətəndaşların sosial təminatlarını həll etməkdə davam edir”

Bugun.tv-yə daxil olan məlumata görə, 2023-cü ilin yanvar-aprel ayları ərzində 58,8 min pensiya, müavinət, təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada aparılıb.

Onlardan 12,8 mini pensiya, 46 mini  müavinət və təqaüd təyinatı olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.

Həmin e-təyinat sistemləri vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq təyinatların e-sistem üzərindən avtomatik aparılmasına imkan verir.

Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Bakıda “Mərhəmət gecəsi” adlı xeyriyyə tədbiri keçiriləcək

Aynur Camal

İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub, sənədlər imzalanıb

Aynur Camal

Deputat gənclərə çağırış etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu