28 C
Baku
21 İyul 2025, 2:28
Baş xəbərSosial

Ə.Qəmbərov: “Sənədini itirən şəxslər dərhal yerli polisə və diplomatik nümayəndəliklərə müraciət etməlidirlər”

Qarşıdan yay, daha dəqiq desək, turizm mövsümü gəlir. Əksəriyyət xarici ölkələrə səfər etmək, istirahətini gözəl keçirmək niyyətindədir. Lakin bəzən hər şey istədiyimiz kimi olmur. Vətəndaşların xarici ölkədə sıx yaşadığı problemlərdən biri pasport və şəxsiyyət vəsiqəsinin itməsidir.
Bugun.tv-yə açıqlama verən Əli Qəmbərov deyir ki, xarici ölkədə olarkən itirilən, yaxud yararsız hala düşən pasporta görə ilkin olaraq həmin respublikadakı diplomatik nümayəndəliyə və ya konsulluğa dərhal məlumat verilməlidir. Bu zaman sözügedən qurumlardan biri müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə vətəndaşı ölkəyə qayıtmaq hüququ verən sənədlə – müvəqqəti qayıdış şəhadətnaməsi ilə təmin edir.

“Bunun üçün müvafiq sənədlər təqdim olunmalıdır. Bura ərizə anket forması, iki ədəd rəngli fotoşəkil və dövlət rüsumu daxildir. Bəzi kateqoriyadan olan şəxslər dövlət rüsumu ödəməkdən azad olunur. Məsələn, xarici ölkədə pedqoji fəaliyyətlə məşğul olanlar, təhsil alanlar və xarici ölkədə cəza çəkmə müəsisəsində cəzasını çəkib buraxılan şəxslər buna aiddir. Qayıdış şəhadətnaməsi vətəndaşa 1 ay müddətinə verilir. Qayıtmadıqda həmin şəhadətnamə qüvvədən düşür. Və həmin sənəd, ən tezi 3 gün müddətinə vətəndaşa verilir”.
Qeyd edək ki, qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün dövlət rüsumu 40 dollar təşkil edir. Ölkəyə qayıtdıqdan sonra vətəndaş bu problemlə bağlı mütləq Dövlət Miqrasiya xidmətinə müraciət etməlidir.
“Sərhəd zonasında və yaxud hava limanında xarici pasport itirildikdə həmin an yerli polisə müraciət etməli və müvəqqəti şəxsiyyət vəsiqəsi alması üçün müvafiq arayışla təmin olunmalıdır. Həmin arayışı Azərbaycan Respublikasına döndükdə müvafiq olaraq miqrasiya xidmətinə təqdim etməlidir. Üzərində şəxsiyyət vəsiqəsinin surəti və ya hərbi bilet olmadıqda, o zaman həmin xarici ölkədə onu tanıyan şəxslər şahidlik edə bilərlər”,- Ə.Qəmbərov əlavə edib.
Əgər pasport oğurluq hadisəsi nəticəsində itibsə, bu zaman polis 3 ay ərzində onu tapmalıdır. Tapılmadığı halda, vətəndaş yenisi ilə təmin olunur. İtmə halında isə 14 iş günü ərzində yeni pasport verilir.

Bugün TV

Oxşar xəbərlər

İlham Əliyev Bosniya və Herseqovinanın təhlükəsizlik nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Nigar Məmmədova

İtaliyada gəmi qəzasında ölənlərin sayı 62-yə yüksəlib

Aynur Camal

Sumqayıtda quldurluq olub

Könül Kərimova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu