21 C
Baku
11 İyun 2025, 3:39
Baş xəbərİqtisadiyyat

Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılışı oldu

2021-ci il iyulunda Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan Ələt Azad İqtisadi Zonasının 1il 11 ay 8 gündən sonra birinci mərhələsinin açılışı olub.

“Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi və ölkədə çoxşaxəli nəqliyyat infrastrukturunun fəaliyyətini daha səmərəli edəcək”.

Bu barədə Bugun.tv-yə politoloq Aqil Məmmədov məlumat verib.

“Müasir dövrdə azad iqtisadi zonalar xarici ticarət strategiyasının vacib halqalarından birini təşkil edir. Belə ki azad iqtisadi zonalar kapitalın ölkə iqtisadiyyatına cəlb olunması ilə yanaşı ixrac səbətinin həm çeşidini həmdə coğrafiyasını genişləndirməyə şərait yaradır. Bu da bir başa və dolayısı ilə valyuta daxil olmalarının artmasına, müasir texnologiyalara çıxış imkanına pozitiv təsir göstərir ki, son nəticədə milli iqtisadiyyat dayanıqlı inkişaf edir və dünya bazarına daha səmərəli inteqrasiya olunur. Belə iqtisadi zonaların yaradılması ayrı-ayrı ərazi və regionların iqtisadiyyatının inkişafı baxımından təsirli mexanizmdir.

Tarixə nəzər saldıqda məlum olur ki, xüsusi iqtisadi zonalar əsasən 20-ci əsrin ikinci yarısından etibarən ABŞ, Yaponiya, Koreya, Çin və başqa ölkələrdə yaradılmağa başlanılıb. Dünya Bankının hesabatlarına əsasən dünyanın 130 ölkəsində 4000-dən çox xüsusi iqtisadi zona mövcuddur ki, onlarında qlobal ixracda çəkisi 200 milyard dollardan artıqdır. Azad İqtisadi Zonanın fəaliyyəti yalnız yerləşdiyi ölkənin ərazisinə deyil, qonşu ölkələrində iqtisadiyyatına müsbət impuls verməkdədir. Azad İqtisadi Zonanın regional təsirlərini əyani görmək üçün Dubaya baxmaq kifayətdir. Belə ki, 1940-cı ilə qədər Dubay kiçik yaşayış məntəqəsi olub. 1979-cu ildə Cəbəl Əli limanının tikilməsi və ardından isə onun ətrafında Azad İqtisadi Zonanın salınması kiçik yaşayış məntəqəsini müasir zamanımızda dünyanın əsas ticarət və maliyyə mərkəzinə çevrilməsinə imkan yaratdı”,- A.Məmmədov bildirib.

Onun fikrincə bu gün, Free Trade Zone modelindən uğurla istifadə edən ölkələrdən biridə qardaş Türkiyədir. Türkiyə Ticarət Nazirliyinin rəsmi internet saytının verdiyi məlumata əsasən bu gün üçün qardaş ölkədə bu xüsusi statuslu iqtisadi zonanın ticarət dövriyyəsində payı 20 milyard dollardan artıqdır.

“Bu uğur faktorlarını nəzərə aldıqdan, eyni zamanda Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb ticarət marşrutların mərkəzində yerləşməsi Azad Ticarət Zonasının yaradılmasını iqtisadi baxımdan səmərəli edir. Ələtdə yaradılmasına başlanan azad ticarət zonası Avrasiya təchizat zəncirində aparıcı rol oynayacaq. Ələtdə xüsusi rejimli zonanın yaradılması imkan verəcək ki, həm Bakı Beynəlxalq Dəniz Ticarəti limanı öz potensialını tam realizə etsin eyni zamanda Azərbaycan həm Avropa həmdə Asiya bazarlarına xidmət göstərəcək haba çevrilsin.

Ələt qəsəbəsi həm beynəlxalq avtomobil və dəmir yolu xətlərinə ən əlverişli mövqedə yerləşir. Buda imkan verir ki, Azad ticarət zonası həm əlavə dəyər yaradan, eyni zamanda beynəlxalq paylama məntəqəsi kimidə inkişaf etsin. Nəzərə alsaq ki, Azərbaycan böyük bazarlara ən yaxın məsafədə yerləşir. Bu da Azad Ticarət Zonasının iqtisadi səmərəliliyini artırmaqla onun Mərkəzi Asiya, İran, Rusiya, Türkiyə, Yaxın Şərq bazarlarına xidmət etməsinə imkan verəcək. Bir sözlə azad iqtisadi zonaların yaradılması iqtisadi məqsədlərlə yanaşı, sosial və elmi məqsədlərində reallaşdırılmasına imkan verəcək.

Ələt Azad İqtisadi Zonasının ətrafında yerləşən şəhərlərin xidmət sektorunda potensialıda genişlənəcək. Bu şəhərlərdə İT, kommunikasiya, logistika, turizm və sair xidmət sektoru cəmləşəcək. Beləliklə region şəhərlərinin ölkə iqtisadiyyatında intelektual çəkisidə artacaq”- politoloq vurğulayıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

Peskov: “Rusiyanın dolların qlobal valyuta kimi dəyişdirilməsi ilə bağlı təşəbbüs göstərməsi hələ tezdir”

Nigar Məmmədova

14 722 şəxsə reabilitasiya xidmətləri göstərildi

Aynur Camal

Biləsuvarda külli miqdarda narkotik vasitə ilə saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu