Bugun.tv xəbər verir ki, İsrail İctimai Yayım Təşkilatının (KAN) xəbərinə görə, keçmişdə orduda xidmət etmiş 33 yaşlı Bar Kalaf avqustun 1-də özünü yandırıb və ağır yaralandıqdan sonra aparıldığı xəstəxanada dünyasını dəyişib.
İsrail hakimiyyəti keçmiş əsgərin ölümü ilə bağlı hələlik açıqlama verməyib.
Kalaf, 2008-2011-ci illərdə hərbi xidmətdə olarkən post-travmatik stress pozğunluğu (TSSB) səbəbiylə əlilliyinin tanınmaması səbəbi ilə avqustun 1-də Netanya şəhərində cəsədini yandırıb.
İsrail Müdafiə Nazirliyi Kalafın TSSB-dən əziyyət çəkmədiyini və hərbi xidmətlə əlaqəsi olmayan ruhi xəstəliyinin olduğunu müəyyən etdikdən sonra Kalafın əlillik ərizəsinin rədd edildiyini açıqlayıb.
Mənbə: TRT Haber
