12 C
Baku
3 Dekabr 2025, 16:59
Baş xəbər

Ərdoğan: “Kahramanmaraş vilayətində yarım milyona yaxın insan evsiz qalıb”

Türkiyənin cənub-şərqində baş verən dağıdıcı zəlzələlərdən əziyyət çəkən Kahramanmaraş vilayətində yarım milyona yaxın insan evsiz qalıb.

“İnsanlarımızın mənzil tələbatını ödəmək üçün çadır şəhərcikləri və konteyner  qurmağa davam edirik. Hazırda bütün Kahramanmaraşda çadırlarda, ictimai binalarda, yataqxanalarda, məktəblərdə və digər yerlərdə 461 min insanı sığınacaqla təmin edirik”.

Bugun.tv xəbər verir ki, bunu mediaya açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezidentin sözlərinə görə, “şəhərlərin abadlaşdırılması prosesi insanların dağılmış binaların dağıntıları altında qaldığı vaxtı birdəfəlik geridə qoyacaq qədər sürətləndiriləcək”. Ərdoğan hökumətin zəlzələdən zərər çəkmiş əyalətlərdə yaşayan insanlara bir il ərzində yeni mənzillər vermək planlarını təkrarladı.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində yerləşən Kahramanmaraş vilayətində bir-birindən doqquz saat fərqlə 7,7 və 7,6 bal gücündə güclü zəlzələlər baş verib. Yeraltı təkanlar Suriyanın ən çox zərər çəkdiyi 11 əyalətlə yanaşı qonşu ölkələrdə də hiss olunub. Son məlumata görə, Türkiyədə ölənlərin sayı 44 mini keçib.

Bugün TV

Oxşar xəbərlər

“Zoom” işçiləri üçün yeni qərar çıxardı

Bugün TV

Güclü külək ağacları kökündən qopardıb, fəsadlar yaradıb

Aynur Camal

Kommunizmin idarə etdiyi bu ölkədə problemlər bitmir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu