33 C
Baku
21 İyul 2025, 16:45
DünyaSiyasət

Ərdoğan Mustafa Destici ilə görüşəcək

Prezident Rəcəb Tayyib Ərdoğan Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici ilə görüşəcək.

Bugun.tv türk mediasına istinadən xəbər verir ki, ziyarət BBP-nin qərargahında baş tutacaq.

Görüşdə 14 may seçkilərində Xalq Alyansının strategiyası və deputatlığa namizəd siyahılarının müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, Ərdoğan Rifah Partiyasının sədri Fatih Ərbakanı da ziyarət edib.

Təxminən bir saat davam edən görüşdən sonra açıqlama verən partiya sədri Fatih Ərbakan seçkiyə öz loqosu və namizədləri ilə Xalq Alyansının çətiri altında girəcəklərini bildirib.

“Ölkəmizi 6 partiyalı xaosa təslim etməmək üçün milli və qətiyyətli addım atacağıq”,- Ərbakan qeyd edib.

Mənbə: NTV

Nigar Məmmədova

Oxşar xəbərlər

Mədənçiləri daşıyan mikroavtobus aşdı, yaralılar var

Nigar Məmmədova

Kremlin mətbuat katibi Dmitri Peskov: Ukrayna ilə təmaslar mütləq davam edəcək

Aynur Camal

Zəlzələ bölgəsində 5 min 804 baş mal-qaranın paylanmasına başlanılıb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu