Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Turqut Özalı vəfatının 30-cu ildönümündə yad edib.
Bugun.tv xəbər verir ki, o, bununla bağlı sosial media hesabında yazıb.
“Ölkəmizin böyüməsinə və inkişafına öz dünyagörüşü və zəhməti ilə böyük töhfələr verən 8-ci prezidentimiz Turqut Özalı vəfatının 30-cu ildönümündə hörmət və rəhmətlə yad edirəm” – Ərdoğan qeyd edib.
Mənbə: TRT haber
