33 C
Baku
21 İyul 2025, 17:23
Baş xəbərDünya

Ərdoğanın Rusiyada tanıdılan kitabına böyük maraq var

Bugun.tv xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın “Daha ədalətli bir dünya mümkündür” kitabının paytaxt Moskvada tarixi Qırmızı Meydanda təqdimatı olub. Kitab Rusiya ictimaiyyətinin marağına səbəb olub.

Prezident Rəcəb Tayyib Ərdoğanın rus dilinə tərcümə edilmiş kitabı Qızıl Meydanda keçirilən 9-cu Kitab Festivalında ilk dəfə rus oxucularına təqdim edilib.

Erciyes Universitetinin müəllimi Sevinç Üçgülün tərcümə etdiyi kitabın ilk nəşri Türkiyə Cümhuriyyəti Kommunikasiyalar İdarəsinin koordinasiyası ilə Rusiyada yayılıb.

Rusiya vətəndaşları növbəyə düzülüb
Kitabın sərgiləndiyi stend qarşısında sıraya düzülən Rusiya vətəndaşları böyük marağa səbəb olub.

Kitabın təqdim olunduğu stendə Türkiyənin Moskvadakı səfiri Mehmet Samsar da gəlib.

Kitabın təbliği və yayılmasını koordinasiya edən Moskva Ünsiyyət Müşaviri Hacı Murat Terzi ölkə daxilində 600 kitab payladıqlarını bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğanın “Daha Ədalətli Dünya Mümkündür” kitabı Rusiyanın aparıcı kitabxanalarına, universitetlərin siyasi elmlər və beynəlxalq əlaqələr bölmələrinə, qeyri-hökumət təşkilatlarına, elmi-tədqiqat mərkəzlərinə, universitetlərin türkologiya şöbələrinə göndərilib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Gənc aşbaz, qənnadçı və şirniyyatçılara sertifikatlar verildi- FOTO

Aynur Camal

Hərbi toqquşmalarda ölənlərin sayı 459-a çatdı

Nigar Məmmədova

Qeyri-qanuni yolla xilas edilən mühacirlərin sayı açıqlandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu