“Beş ölkədə – Əfqanıstan, Efiopiya, Somali, Cənubi Sudan və Yəməndə 1 milyona yaxın insan aclıq təhlükəsi altındadır” – bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildirilib.
2022-ci ildə qlobal miqyasda təxminən 222 milyon insan ciddi şəkildə qida çatışmazlığından əziyyət çəkir və hər beş nəfərdən biri ağır qidalanma və ölüm riski ilə üz-üzədir.
Əsasən də Əfqanıstanda kəskin ərzaq böhranı yaranması qeydə alınıb. Buna görə də, ölkədə kəskin qida çatışmazlığının aradan qaldırılması üçün ÜST fəaliyyətə başlayıb.
Ukrayna böhranı və bütün dünyada davam edən digər münaqişələr böhrana səbəb kimi göstərilir.
ÜST-ün baş Direktoru Qu Dongyu vəziyyəti dəyişmək üçün “kənd təsərrüfatı və aqro-ərzaq sistemlərinə investisiya lazım olduğunu” vurğulayıb.
Mənbə: TASS
