22 C
Baku
3 İyun 2025, 12:39
Baş xəbərDünya

Əhliman Əmiraslanov: “Seçkilər demokratik və şəffaf keçdi”

14 May 2023-cü ildə Türkiyə Cumhuriyyətində keçirilən prezident və parlament seçkilərini izləmək üçün Türkiyə Xarici İşlər Nazirliyinin dəvətilə Türkiyədə olan Türk Dövlətləri Parlamentləri Assambleyasının (TÜRKPA) Seçki Müşahidə Missiyası yekun mətbuat konfransı keçirərək seçki prosesində apardıqları müşahidələrlə bağlı məlumatı Kütləvi İnformasiya Vasitələrinə bildiriblər.

Bu barədə Bugun.tv-yə TÜRKPA Missiyasının rəhbəri Əhliman Əmiraslanov bildirib.

“Mətbuat konfransında Missiyasının rəhbəri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi TÜRKPA qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov, deputatlar Ağalar Vəliyev, Anar Məmmədov, Qazaxstan və Qırğızıstanın parlament üzvləri və TÜRKPA Katibliyinin əməkdaları iştirak ediblər. TÜRKPA Missiyasının rəhbəri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov mətbuat konfransını açaraq bildirib ki, “TÜRKPA Seçki Müşahidə Missiyası, 11 May 2023-cü il tarixində Türkiyədə vəzifəsinə başlayıb və işlərini 15 May 2023-cü ilə qədər aparıb. Seçki Müşahidə Missiyası namizədlər, Parlament, Seçki komissiyasının rəsmiləri ilə görüşüb, bu görüşlərdə seçki məntəqələrinin fəaliyyəti, seçici və namizədlərin qeydiyyatı, seçki hazırlıqları haqqında detallı məlumatlar əldə eedib. Eyni zamanda, nümayəndələrimiz ayrıca prezidentliyə namizədlərin nümayəndələri, seçkilərə qatılan siyasi partiyaların təmsilçələri ilə də görüşərək seçki platformaları və seçki öncəsi kampaniyaları haqqında məlumat alıblar. Müşahidə Missiyamız seçki günü müxtəlif seçki məntəqələrini ziyarət edərək, seçki qutularının açılmasından səslərin sayılmasına qədər olan bütün prosesləri müşahidə edib. Missiya üzvləri səsvermənin gedişini izləyib və yerlərdə seçki məntəqələrinin rəsmiləri və yerli müşahidəçilərlə görüşüblər. Müşahidə etdiyimiz məntəqələrdə səsvermə prossesi sakit və demokratik şəraitdə keçib. Missiya baş çəkdiyi seçki məntəqələrində ümumi səsvermə prossesini müsbət qiymətləndirib. Səsvermə prossesi mütəşəkkil və nizamlı şəkildə təşkil edilib. Müşahidə olunur ki, seçki idarəetmə orqanları seçkilərin mükəmməl keçirilməsi üçün kifayət qədər vəsait xərcləyib və bu işə peşəkarlıqla hazırlaşıblar. Missiya Türkiyə Cumhuriyyətində keçirilən seçkilərin beynəlxalq müşahidəsi üçün nəzərdə tutulmuş hüquqi və logistik şəraiti yüksək qiymətləndirir. Beləliklə, Türk Dövlətləri Parlamentləri Assambleyasının (TÜRKPA) Seçki Müşahidə Missiyası, Türkiyə Cumhuriyyətində 14 may 2023-cü ildə keçirilmiş prezident və parlament seçkilərinin Türkiyə Cumhuriyyətin milli qanunvericiliyinə və beynəlxalq seçki standartlarına uyğun keçirildiyi qənaətinə gəlib”,- Ə.Əmiraslanov qeyd edib.

 

Nigar Məmmədova

Oxşar xəbərlər

İspan kəşfiyyatının iki əməkdaşı casusluqda ittiham olunur

Teymur Əziz

Daha sağlam olmaq üçün yeddi məsləhət

Aynur Camal

Himalay buzlaqları sürətlə əriyir! Su qıtlığı yaranacaq! – ARAŞDIRMA

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu