30 C
Baku
28 İyun 2025, 15:51
Baş xəbərSosial

Əlahiddə Çevik Polis Alayında ulu öndər Heydər Əliyevin əziz xatirəsi anıldı

DİN-in Bugun.tv-yə verdiyi məlumata görə Əlahiddə Çevik Polis Alayında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Əlahiddə Çevik Polis Alayının komandiri, polis polkovniki Ramil Piriyev ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və inkişafında, hüquqi, demokratik və dünyəvi dövlət kimi imicinin yüksəldilməsindəki əvəzsiz rolundan danışıb, respublika daxili işlər orqanlarının formalaşmasında, təkmilləşdirilməsində, ölkədə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini işinin yüksək səviyyədə təşkilində göstərdiyi müstəsna xidmətlər barədə ətraflı məlumat verib.

Bildirilib ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və xalqımızın parlaq gələcəyinə həsr edən ulu öndər dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq tariximizdə əbədiyaşarlıq qazanıb.

Tədbirin sonunda “Heydər Əliyev və 44 günlük Zəfər yolu” adlı sənədli film nümayiş olunub.

Aynur Camal

Oxşar xəbərlər

“Qəlblərin harmoniyası-2” adlı Azərbaycan milli və dünya rəqsləri festivalı keçirildi

İntizar Əmirova

İsveçin Əfqanıstandakı fəaliyyəti dayandırıldı

Teymur Əziz

Azərbaycanlı gənc Türkiyədə 1-ci yerə layiq görülüb   

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu