24 C
Baku
29 İyun 2025, 1:16
Sosial

Əlil Təşkilatları İttifaqının növbəti layihəsi gerçəkləşib – FOTO + VİDEO 

Bugun.tv xəbər verir ki, “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsi həyata keçirilib. Tədbiri çıxış sözü ilə Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli açıb. O, layihənin məqsədi barədə danışıb. BMT-nin İnsan Hüquqları sistemi, Azərbaycan Respublikası və BMT təsisatları arasındaki əlaqələr barədə çıxıs edib.

Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimlinin sözlərinə görə, tədbir Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən icra olunan “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində gerçəkləşdirilir.

“Məqsəd əlillik sahəsində fəaiyyət göstərən ictimai birliklərin nümayəndələrinə alternativ hesabatların hazırlanması bacarıqlarının öyrədilməsi və biliklərinin artırılmasıdır. Bundan başqa, layihə onların  BMT strukturları ilə əməkdaşlığın qurulması, eyni zamanda donorlara çıxışlarını da nəzərdə tutur”, – ittifaqın prezidenti bildirib.

Təlimlər hər ictimai birlikdən 2 nümayəndə olmaqla, 15 təşkilat üçün keçirilir. Seçilən nümayəndələr 2 qrupa bölünəcəklər.

“Layihə çərçivəsində 8 təlim olacaq. Bizim bacarıqlı təlimçilər tədbir iştirakçılarına alternativ hesabatların hazırlanması biliklərini aşılayacaqlar. Eyni zamanda bu təşkilatlar içərisindən 5-i seçiləcək. Onlar bilavasitə alternatıv hesabatların hazırlanmasına başlayacaqlar. Bu alternativ hesabatların hazırlanmasında da bizim təlimçilər və mütəxəssislər onların yanında olacaqlar. Bu istiqamətdə dəstək verəcəklər”, – Davud Rəhimli vurğulayıb.

Təlimlər may-iyun aylarında, 4 həftə müddətində, həftədə 2 gün, 6 saat olmaqla Bakı və yaxın regionların birində keçiriləcək. Birinci qrup üçün may, ikinci qrup üçün iyun ayında təşkil olunacaq.

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Naxçıvan “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı

Aynur Camal

Birinci siniflərə qəbul başlayır

Aynur Camal

Həzi Aslanovun məzarı ziyarət edilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu