10 C
Baku
12 Dekabr 2024, 20:28
Baş xəbərSosial

“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyi Göygöldə qazilərə psixoloji yardım göstərib

Bugun.tv xəbər verir ki, Göygöl rayonunda 20 nəfər ağır vəziyyətdə olan Vətən Müharibəsində iştirak edən qazilərə sosial-psixoloji xidmət göstərilib.

Qeyd edək ki, sözügedən konsultasiyalar “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant müsabiqəsinə təqdim olunan “Vətən Müharibəsində iştirak edən qazilərə sosial-psixoloji dəstək tədbirlərinin təşkili” adlı layihə çərçivəsində həyata keçirilir.

Layihə üzrə klinik psixoloq Nigar Sadıqova qazilərimizə ilkin psixoloji qiymətləndirmə testləri apardıqdan sonra əldə olunana nəticənin davam etdirilməsi məqsədi ilə onlara kosultasiyalar təşkil edib.

 

Bu barədə Bugun.tv-yə İctimai Birliyin sədri Firuzə Babayeva məlumat verib. Onun sözlərinə görə, qazilərlə keçirilən müxtəlif testlər nəticəsində onlarda olan qorxu, fobiyalar, həyəcan-təşviş pozuntusu müəyyən edilib. Bu halların tamamilə aradan qaldırılması məqsədi ilə onlara əlavə bir neçə psixoloji seanslar da təyin olunub.

Əlavə konsultasiyalar təşkilatın öz hesabına həyata keçirilib. Qazilərimiz, seanslardan çox məmnun qalıblar, davamlı olmasını arzu ediblər.

Göygöl şəhərində Vətən Müharibəsində iştirak edən 20 nəfər qazinin sağlam həyatda aktiv iştiraklarına dəstəyin verilməsi işi davamlı olaraq həyata keçiriləcək.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Pulumuza necə qənaət edək?

Elnarə Dərziyeva

Bolqarıstan ilin sonunadək Azərbaycandan 440 milyon kubmetr təbii qaz alacaq

Aynur Camal

Rusiyayönlü hakerlər Fransa Senatının internet saytına müdaxilə etdilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu