10 C
Baku
3 Dekabr 2024, 21:08
Baş xəbərSosial

Əlillik pensiyasi kəsilən qazi Fuad Həsənov “Bu gün TV”yə şikayət etdi    

Qazi Fuad Həsənov şikayət etdi

Bugun.tv xəbər verir ki, Goranboy rayon sakini, 2-ci Qarabağ savaşının iştirakçısı Fuad Həsənov rastlaşdığı problemlə bağlı redaksiyamıza müraciət edib. O, əlillik pensiyasının kəsilməsindən şikayətçidir.

“2016-ci ilin avqust-sentyabr aylarından könülü olaraq müddətdən artiq hərbi qulluqçu kimi ”N” saylı hərbi hissədə xidmətə başlamışam. 2020-ci ildə, sentyabrin 27-si Cənab Prezidentintimizin verdiyi döyüş əmrini yerinə yetirmək üçün müharibədə iştirak etmişəm. Ancaq sentyabr ayının 30-da düşmən tərəfindən atılan mərmi nəticəsində ayağımdan yaralandım. Həmin an özümdə olmadığım üçün iş yoldaşlarım məni xəstəxanaya çatdırdı. 2021-ci ilin aprel-may ayında tibb müəssisəsində müalicə olunmuşam. İyun ayında isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3-cü qrup əlillik almışam. Ancaq indi mənə verilən əlillik kəsilib”.

Qazi F.Həsənov deyir ki, ötən ilin noyabr ayında da həkim müayinəsində olub və əlilliyi kəsilməyib. Bir il tamam olmamış yenidən onu yoxlanış üçün Əlillərin Bərpa Mərkəzinə çağırıblar. Bildiriblər ki, artıq ona əlillik düşmür.

Xəsarət alan qazi
Qazinin yara aldığı nahiyə

O, Bugun.tv-nin əməkdaşlarına müsahibəsində ağrılarının ona əziyyət verdiyini, övladlarına, ailəsinə baxa biləcək fiziki durumda olmadığını söyləyib. “Bu ayaqla mən heç yerdə işləyə bilmirəm. Mən əlaqədar qurumlardan artıq dərəcədə xahiş edirəm, əillik dərəcəm bərpa olunsun və yenidən pensiya ala bilim”, – müharibə veteranı əlavə edib.

Mövzuya yenidən qayıdacağıq.

Müxbir:Arzu İbrahimova

Bugün TV

Oxşar xəbərlər

Misir prezidenti Sisi İsrailin Qəzzaya qarşı quru əməliyyatının qarşısını almağa çağırdı

Bugün TV

Ödəmə terminalından oğurluğa cəhd göstərən şəxs saxlanıldı 

Kəmalə Sultan

“Baykar” ilə xoşməramlı protokol imzalanıb

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu