19 C
Baku
8 Sentyabr 2024, 3:40
Baş xəbərSosial

Əlilliyi olan müharibə iştirakçıları psixoloji konsiltasiyalardan keçdi

Bugun.tv xəbər verir ki, “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyi “Vətən Müharibəsində iştirak edən qazilərə sosial-psixoloji dəstək tədbirlərinin təşkili” adlı layihəsisi əsasında növbəti tədbirini həyata keçirib.

Dəyirmi masa Lənkəran şəhərində baş tutub. Vətən Müharibəsində iştirak edən 20 qazinin iştirakı ilə təşkil edilən  layihə üzrə klinik-psixoloq Nigar Sadiqova onlara ilkin psoxoloji qiymətləndirmə testləri əsasında yoxlama keçirib.  Sonra əldə olunana nəticənin davam etdirilməsi məqsədi ilə qazilərimizə psixoloji kosultasiyalar təşkil olunub. Klinik-psixoloq Nigar Sadiqova keçirdiyi  müxtəlif testlər nəticəsində onlarda olan qorxu, fobiyalar, həyəcan-təşviş pozuntusu müəyyən edilib.

Qeyd edəki, bu halların aradan qaldırılması məqsədi ilə davamlı şəkildə bir neçə psixoloji seansların əlavə olaraq keçirilməsi nəzərdə tutulub.

Belə ki, psixoloji qiymətləndirilmədən əldə olunana nəticələrdə, bəzi qazilərimizə proqramda nəzərdə tutulan müddətdən əlavə təşkilatın öz hesabına əlavə konsultasiyaların təşkili məqsədəuyğun hesab olunub. Keçirilən  seanslardan Vətən Müharibəsi iştirakçlıarı çox məmnun qaldıqlarını bildiriblər və davamlı olmasını arzu ediblər.

“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyinin sədri Firuzə Babayeva tərəfindən qazilərimiz üçün təşkil edilən psixoloji kosultasiyalarla bağlı mövzü ətrafında mütəmadi müzakirələr aparılır, innovativ dəstək proqramları həyata keçirilir. Lənkəran şəhərində Vətən Müharibəsində iştirak edən 20 nəfər qazinin sağlam həyatda aktiv iştiraklarına dəstəyin verilməsi işi davam etdirilir.

Qeyd edək ki, “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyinin bu layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant müsabiqəsinin qalibi olub. “Vətən Müharibəsində iştirak edən qazilərə sosial psixoloji dəstək tədbirlərinin təşkili” adlı layihəsinin dəstəyi ilə il ərzində Lənkəran və Göygöl rayonlarında Vətən Müharibəsində iştirak edən  QAZİLƏRİMİZƏ psixoloji kosultasiyaların keçirilməsi nəzərdə tutulub.

Layihənin məqsədi Lənkəran və Göygöl rayonlarında, hər birində 20 nəfər olmaqla, ümumilikdə 40 nəfər ağır, sosial-psixoloji vəziyyətdə olan Vətən Müharibəsində iştirak edən qazilərə sosial-psixoloji xidmətlərinin göstərilməsi, görünən problemləri aradan qaldırmaq üçün dəstəyin verilməsi, hər rayonda 20 nəfər olmaqla Vətən Müharibəsində iştirak edən qazilərə 5 psixoloji seansların keçirilməsi, iştirak edən qazilərə sosial, psixoloji və fiziki sağlamlıq, iqtisadi vəziyyətini yaxşılaşdırmaq, məşğulluq problemlərinin həllində dəstək verilməsindən ibarətdir.

 

 

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Partlayışda zərər görən Sursock Muzeyi yenidən ziyarətçilərə açıldı

Aynur Camal

Münhen silah səslərinə oyandı! O, İsrail Baş Konsulluğu qarşısında terror törətdi

Aynur Camal

Avtoxuliqanlıq edən sürücü saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu