Bugun.tv xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC İB) “Əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə münasibət və davranış problemləri və onların yaşadığı icmaları tərəfindən dəstəklənməsi” mövzusunda seminar keçirilib.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə 2022 -ci ilin sentyabr ayından “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsinin icrası davam etdirilir.
Seminarda çıxış edən İradə Rizazadə təmsil olunduğu layihənin ümumi məqsədi haqda məlumat verib. “Yoxsul ailələrdən, o cümlədən məcburi köçkün olan əlil qadınlar və qızlar üçün ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini daha da artırmaqdır”, – deyib.
Keçirilən seminarda əlilliyi olan qadın və qızlar və onların ailə üzvləri üçün faydalı olan müxtəlif ictimai/dövlət xidmətləri barədə, o cümlədən onlara qarşı zorakılığın müxtəlif formalarının tanınması ilə bağlı təlimatlandırılma həyata keçirilib.
“Enactus” sosial sahibkarlıq layihələri yaradan tələbələrin birləşdiyi beynəlxalq platformasının fəalları tərəfindən psixoloji konsultasiya olub.
Qeyd edək ki, “Enactus” sosial sahibkarlıq Azərbaycanda 2005-ci ildən, Dövlət İdarəçilik Akademiyasında isə 2008-ci ildən fəalliyət göstərir. Komanda 3 dəfə ölkəmizi Dünya Kubokunda təmsil edib.
“Dəyərlərimizi necə kəşf edə bilərik və həyatımızın rəngləri” adlı mövzuda əlilliyi olan qadın və qızlara Aytac Hüseynli, klinik-psixoloq, Səidə Hüseynzadə, Enactus Dövlət İdarəçilik Akademiyasının kapitanı Çiçək Novruzova, Psixoloqum.az startapında layihə meneceri psixoloji konsultasiya keçiblər.
Qeyd edək ki, seminar zamanı problemlərlə üzləşənlərlə bağlı məlumatlar toplanaraq əlaqədar dövlət qurumlarına yönləndirilir və həllinə dəstək verilir. Seminarda hüquqları ilə bağlı məlumatlandırılan əlilliyi olan iştirakçı qadınlar və qızların problemlərinin həllinə dəstək veriləcəyi bildirilib.
Müzakirələrin nəticəsində əlilliyi olan insanlara hüquları barədə qrup məşğələlərinin təşkili, psixoloji konsultasiyalar daha effektiv nəticə verdiyinə diqqət çəkilib.