19 C
Baku
8 Sentyabr 2024, 3:58
Baş xəbərSosial

“Əlilliyi olan sürücülər niyə 2 ildən bir rüsum ödəməlidirlər?” – ŞİKAYƏT

Bugun.tv xəbər verir ki, sağlam sürücülərdən fərqli olaraq, əlilliyi olanlar komissiyadan keçərkən bir çox problemlərlə rastlaşırlar.

Əlil arabasına məhkum olan sürücü Zinyət Vəliyeva da belə vətəndaşlardandır. O,  “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyininin BMT-nin Etimad fondu ilə birgə təşkil etdiyi tədbirdə rastlaşdığı problemlərdən danışıb.

Bildirib ki, hər kəs sürücülük vəsiqəsi ilə bağlı komissiyadan 10 ildən bir keçdiyi halda onlar üçün bu müddət 2 ildir. “Bu isə o deməkdir ki, biz sürücülük vəsiqəsi almaq üçün 2 ildən bir dövlətə rüsum ödəməliyik. Bu azmış kimi poliklinikalarda bir-bir həkimlərdən keçərkən də problemlərlə rastlaşıram. Çünki biz əlilliyi olanların hərəkəti üçün tibb müəssisələrində şərait yoxdur. Sonuncu dəfə vəsiqə almaq istəyərkən səhiyyə işçiləri arabaların keçməsi üçün şəraitin olmadığını bildirərək, sənəd üçün məndən 30 azn ödəniş etməyimi tələb etdilər. Poliklinikanın müdürü isə mənə bildirdi ki, guya bizə qanunla sürücülük vəsiqəsi verməyə icazə yoxdur. Mən də məcburiyyətdən həmin sağlamlıq mərkəzinə və Asan Xidmətə 30 manat ödəniş etməli oldum. Əgər sağlam vətəndaş 10 ildən bir komissiyadan keçirsə, niyə əlilliyi olanlar 2 ildən bir keçməlidirlər? Hansı əsasa görə biz 2 ildən bir bu rüsumu ödəməliyik? ” – Z.Vəliyeva mövcud qaydalarla bağlı narazılığını bildirib.

Sonda, xanım sürücü dövlət qurumlarından əlil sürücülərin də komissiyadan 2 il yox, 10 ildən bir keçməsi üçün əlaqədar qurumlardan qaydalara dəyişiklik edilməsini istəyib.

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı ilə əlaqə saxladıq. O bildirdi ki, sözügedən problemlə əlaqədar İkinci Qarabağ Müharibəsi iştirakçısı olan və əllik alan sürücülər də ona da çoxsaylı müraciətlər ediblər.

“Qazilər şikayət etməkdə haqlıdırlar. 2 ildən bir dövlət rüsumu ödəməyə onların imkanı hər mənada yoxdur. Çox ciddi və düşündürücü məsələ olduğundan bununla bağlı Milli Məclisdə əlaqədar komitənin millət vəkilləri ilə danışıqlar apardım. İradları bildirdim. Onlar da bunu haqlı tələb kimi qəbul etdilər və növbəti plenar iclasların birində müzakirəyə çıxaracaqlarını dedilər. Mən güman edirəm ki, əlilliyi olanlar 2 ildən bir qeydiyyatdan keçdikləri üçün onların dövlət rüsümları azaldılaraq 30 manat deyil, 5-10 manata endirilməlidir. Düşünürəm ki, Milli Məclisdə rüsumun azaldılması məsələsinə baxılacaq və əlilliyi olanların bu problemi tezliklə aradan qaldırılacaq”, – E.Muradlı əlavə edib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Bərpa olunacaq ərazilərin vəsaiti açıqlandı

Bugün TV

Prezident Dağıstan Respublikasının rəhbərinə məktub göndərib

Bugün TV

Azərbaycan Pediatriya Cəmiyyəti IPA-nın üzvlüyünə qəbul olunub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu