17 C
Baku
10 İyun 2025, 2:11
Kriminal

Əlində qumbara olan şəxs kafeyə, evə və avtomobilə ziyan vurub

Gecə saatlarında Tərtər şəhəri ərazisində bir nəfər əlində qumbara ilə kafeyə gəlib. Oradakı əşyaları və pəncərələrin şüşələrini sındırıb. Sonradan bir evin həyətinə gedərək evin pəncərələrini, həyətdə olan avtomobilin şüşələrini qırıb. Bu barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bugun.tv-yə verilən xəbərə görə, polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilib. Əməli törətməkdə şübhəli bilinən şəhər sakini Yavər Hüseynov  saxlanılıb. Ondan “RQD-5” markalı əl qumbarası götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

12 yaşlı şagirdi hamilə müəllim 23 cinayətdə günahlandırdı

Bugün TV

Bakıda avtomobil 69 yaşlı qadını vuraraq öldürüb

Nigar Məmmədova

Gənc tələbə intihar etdi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu