19 C
Baku
8 Sentyabr 2024, 4:07
Baş xəbərİqtisadiyyat

Əmək bazarı üzrə işçi qrupunun növbəti iclası olub

Bugun tv.az xəbər verir ki, biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun növbəti iclası keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Komissiyasının Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev, işçi qrupunun üzvləri olan dövlət qurumları, qeyri-hökumət təşkilatları və biznes strukturlarının nümayəndələri iştirak ediblər.Ölkəmizdə əmək bazarının inkişafı, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində son illər aparılan islahatlar diqqətə çatdırılıb. İclasda 2023-cü il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin birinci yarımillik üzrə icrası ilə bağlı görülmüş işlərin təqdimatı olub. Habelə, Dünya Bankı tərəfindən təqdim olunan yeni “Business ready” hesabatının müvafiq indikatoru (“İşçi qüvvəsi”) üzrə cavablandırılmış sorğu vərəqəsinə və qiymətləndirmə nəticələri barədə “Meqatrendlərin analizi və əmək bazarının makroqtisadi sektor təhlilləri” mövzusunda təqdimatlar edilib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Kiber dəstə üzvləri saxlanıldı

Kəmalə Sultan

Ağır yol-nəqliyyat hadisəsi baş verdi

Bugün TV

Meşə yanğını ilə əlaqədar 1 şübhəli saxlanıldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu