23 C
Baku
27 İyul 2025, 3:46
Mədəniyyət

Əməkdar mədəniyyət işçisi vəfat edib

Bugun.tv xəbər verir ki, əməkdar mədəniyyət işçisi, sənətşünaslıq doktoru, Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi araşdırmalar şöbəsinin müdiri, Azərbaycan Rəssamlar İttifaqının üzvü Toğrul Əfəndiyev vəfat edib.

Toğrul Rasim oğlu Əfəndiyev 1 yanvar 1960-cı ildə Bakı şəhərində anadan olub. O, 1977-1982-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb, 1986-cı ildə “Azərbaycan incəsənətində təsviri motivləri (VII-XV yüzilliklər)” mövzusunda sənətşünaslıq üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib. 1982-1988-ci illərdə Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdində Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzində Elmi araşdırmalar şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 1987-ci ildə Azərbaycan Yaradıcı Gənclər Birliyinin təsisçilərindən biri, 1988-ci ildən isə həmin təşkilatın vitse-prezidenti olub.

Tofiq Əfəndiyev çoxsaylı elmi məqalələrin və araşdırmaların müəllifi, Azərbaycan mədəniyyət və incəsənətini beynəlxalq arenada təmsil edən bir sıra sərgi, festival və təqdimatların təşəbbüskarı, təşkilatçısı və iştirakçısı və Azərbaycanın kəlağayı sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya salınmasına yönəlmiş işçi sənədinin müəllifi olub.

Əməkdar mədəniyyət işçisi Toğrul Əfəndiyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq!

Allah rəhmət eləsin!

Nigar Məmmədova

Oxşar xəbərlər

Müəssisələrə baxış keçirildi

Aynur Camal

“Türkdilli dövlətlərinin əlaqələrinin inkişafına çalışırıq”

Aynur Camal

“Komutan” filminin qala gecəsi baş tutub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu