10 C
Baku
12 Dekabr 2024, 15:42
Baş xəbər

ƏMAS daha bir beynəlxalq uğura imza atdı

Bugun.tv xəbər verir ki, Azərbaycanın sosial sahədə rəqəmsallaşma layihəsinin növbəti beynəlxalq uğuru olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” (ƏMAS) altsistemi BMT-nin Cənub-Cənub əməkdaşlığı platformasında uğurlu innovativ həllərdən biri kimi təqdim edilib.

Bu platformanın rəsmi internet səhifəsində BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə doğru üzv ölkələrin qabaqcıl təcrübələri paylaşılır və həmin təcrübələr sırasında ƏMAS-la bağlı ətraflı məlumat da yer alıb. (https://my.southsouth-galaxy.org/en/solutions/detail/unified-labour-employment-subsystem).

Dərc olunan məqalədə ƏMAS-ın beynəlxalq standartlara cavab verən, işəgötürənlər və işçilər üçün vahid əmək münasibətləri platforması olaraq əmək bazarı iştirakçılarına dəyərli dəstək verən uğurlu rəqəmsal həll yolu olduğu vurğulanır.

Bu elektron sistemin əmək münasibətlərində şəffaflığın və müasir iş prinsiplərinin təminatında, məşğulluq xidmətlərinin səmərəliliyinin, çevikliyinin və bu xidmətlərə, iş imkanlarına əlçatanlığın artırılmasında, insan resurslarının effektiv idarəçiliyində mühüm rolu qeyd olunur. ƏMAS-ın digər üstünlükləri, funksional imkanları, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması işlərində əhəmiyyəti diqqətə çatdırılır.

Qeyd edək ki, bundan əvvəl ƏMAS və Nazirliyin digər rəqəmsal layihəsi olan e-sosial.az portalı Beynəlxalq Telekommunikasiya İttifaqının bu ilin fevral ayında keçirdiyi, müxtəlif ölkələrdən 18 kateqoriya üzrə 900 layihənin iştirak etdiyi müsabiqədə “Çempion layihə” mükafatlarına da layiq görülüblər.

Nigar Məmmədova

Oxşar xəbərlər

Zaqatalada keçmiş məhkumdan marixuana götürüldü

Kəmalə Sultan

“Xiaomi” elektriklə işləyən ilk avtomobil modelini təqdim etdi

İntizar Əmirova

“Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyi “Yaşıl dünyaya yaşıl rəng qataq” adlı ağac əkmə aksiyası keçdi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu