Bugun.tv xəbər verir ki, ABŞ Aerokosmik Agentliyi (NASA) James Webb Kosmik Teleskopu ilə CEERS 1019 qalaktikasının mərkəzində yerləşən indiyə qədər aşkar edilmiş “ən qədim superkütləvi qara dəliyin” kəşfini elan edib. CEERS 1019 qalaktikasının mərkəzində kəşf edilən ən qədim qara dəliyin böyük partlayışdan 570 milyon il sonra formalaşdığı və kütləsinin Günəşin 9 milyon katı olduğu bildirildi.
TRT Haberin məlumatına görə, James Webb Kosmik Teleskopunun CEERS tədqiqatının bir hissəsi olaraq, teleskop tərəfindən çəkilmiş infraqırmızı şəkillər və spektr məlumatları ilkin kainatın xəritəsini yaratmaq üçün birləşdirilir.
Müxbir: Şəms Elnurqızı