25 C
Baku
8 Sentyabr 2025, 0:22
Baş xəbərSosial

“Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbəri” müsabiqəsi keçirilib

Cari ilin hazırlıq planına əsasən “Vətənə, xalqa, dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində “Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbəri” adı uğrunda müsabiqə keçirilib.

Bugun.tv-yə bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbərlərinin pedoqoji vərdişlərinin təkmilləşdirilməsi, hərbi qulluqçularla ideoloji işin düzgün aparılması qaydalarının qrup rəhbərlərinə öyrədilməsi məqsədilə keçirilən müsabiqədə əsas diqqət hərbi kollektivlərdə döyüş əzminin daim yüksək səviyyədə saxlanılması, o cümlədən xalqa, dövlətə, Ali Baş Komandana və Hərbi anda sədaqətin şəxsi heyətə aşılanması, ictimai-siyasi hazırlıq sahəsində qabaqcıl təcrübənin təbliğinə yönəldilib.

Birinci mərhələ üzrə mükafatlandırılan qaliblər Azərbaycan Ordusu üzrə keçiriləcək müsabiqədə iştirak edəcəklər.

Aynur Camal

Oxşar xəbərlər

Propan qaz balonu növbəti dəfə can aldı

Aynur Əfəndi Zadə

NATO xarici işlər nazirlərinin toplantısı başlayır

Aynur Camal

Co Baydendən yeni söz: O, Jessica Albadan iş istədi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu