26 C
Baku
11 Sentyabr 2025, 17:42
Baş xəbərDünya

Ərəb mediasında Azərbaycanın Müstəqillik Gününə həsr olunan geniş məqalə dərc olunub – FOTO

Bugun.tv xəbər verir ki, Misir, Mərakeş, Əl-Cəzair, Səudiyyə Ərəbistanı, İordaniya, Suriya, Livan və İraqın qəzet və portallarında Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş geniş məqaləsi dərc edilib.

Məqalədə müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, onun həyata keçirdiyi islahatlardan ətraflı bəhs olunub.

Müəllif bu barədə öz facebook səhifəsində yazaraq qeyd edib ki, cəmi iki il ərzində müstəqil dövlətin ordusu, mərkəzi bankı yaradılıb, pul vahidi dövriyyəyə buraxılıb. 1920-ci ilin aprelində bolşevik qoşunlarının müdaxiləsi, o cümlədən onlara yardım edərək Azərbaycanda qırğınlar törədən erməni daşnak quldur dəstələrinin vəhşilikləri böyük faciələrlə səbəb olub. Həmin dövrdə xalqımız düşmən işğalına qarşı mübarizə aparıb. Buna misal olaraq Azərbaycanın cənub bölgəsində Şeyx Şüayeb Xəlifə Nəsir oğlunun bolşeviklərə qarşı müqavimət hərəkatını göstərmək olar. Onun arxivdə saxlanılan məktubunda xalqın işğalçılara qarşı boyun əyməyəcəyi barədə çağırışları öz əksini tapıb.

Məqalədə tarixi faktlar əsasında işğalçı ingilis qüvvələrinin əlində alət olan ermənilərin 1919-cu ildə Misirdə törətdikləri vəhşiliklər, misirli inqilabçı vətənpərvərləri qətlə yetirmələri barədə məlumat da təqdim olunub. Müəllif qeyd edib ki, Şeyx Əbdül Vahab Əl Nəccarın xatirələrində “Qırmızı gün” adlanan həmin qanlı hadisələr öz əksini tapıb.

Məqalədə Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra torpaqlarının 20 faizinin ermənilər tərəfindən işğalı olunması, dinc azərbaycanlılara qarşı törədilən soyqırımı və qırğınlar, 30 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azad edilməsi barədə də məlumat verilib. Müəllif vurğulayıb ki, barbar ermənilər Azərbaycan şəhərlərini viran qoyub və onların bir çoxu atom bombası zərbəsində məruz qalmış Xirosima və Naqasakini xatırladır.

Yazıda diqqətə çatdırılır ki, Prezident İlham Əliyevin nəzarəti altında bu şəhərlərin bərpası və yenidən qurulması işləri uğurla davam edir. Tarixi irs abidələri əvvəlki görkəminə qaytarılır. Eyni zamanda, qüdrətli və qalib dövlət olan Azərbaycan regionda sülhün və sabitliyin təmin edilməsi istiqamətində səylərini davam etdirir.

Ölkəmizin ərəb dünyası ilə əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edən müəllif, son illərdə Ərəb ölkələri ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdiyini qeyd edib.

Məqaləni ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:

https://www.akhbarelnaselyoum.com/?p=83331

Aynur Camal

Oxşar xəbərlər

Ümid Oruc – gənc nəsilə örnək olacaq bir imza…

Aynur Camal

Prezident İlham Əliyev Xocalıya səfər etdi

Bugün TV

Ukraynalı əsir Rusiya silahlıları tərəfindən güllələnib

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu