9 C
Baku
23 Dekabr 2024, 4:38
Digər

Ərdoğan ölkədə seçkilərin problemsiz keçdiyini bildirdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə prezident və parlament seçkilərinin problemsiz keçdiyini deyib.

Bugun.tv xəbər verir ki, o bu barədə İstanbul məktəbində seçki məntəqəsində səs verdikdən sonra jurnalistlərə bildirib.

“Bizdə olan məlumatlara görə, seçkilər problemsiz keçir. Ümid edirəm ki, onlar demokratiyaya fayda verəcəklər”, – Ərdoğan söyləyib.

O, seçiciləri yerli vaxtla saat 17:00-da bağlanan seçki məntəqələrinə gəlməyə çağırıb.

“Mən səslərin hesablanmasından sonra yaxşı gələcəyə ümid edirəm. Bütün seçicilərimizi Türkiyə demokratiyasının gücünü göstərmək üçün saat 17:00-a qədər tərəddüd etmədən seçkilərdə iştirak etməyə çağırıram”, – deyə prezident bildirib.

Seçki məntəqələrində təhlükəsizlik tədbirləri gücləndirilib. Xüsusi xidmət orqanları məktəbə daxil olan bütün insanları yoxlayıb.

Qeyd edək ki, prezidentliyə namizədlər hazırkı prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və ATA Alyansı partiyasından namizədliyi irəli sürülmüş Sinan Oğandır. Qalib namizəd səslərin 50%-dən çoxunu toplamalıdır. Türkiyəli analitiklər seçkilərin mayın 28-də keçiriləcək ikinci turuna keçə biləcəyini bildiriblər. Parlament seçkilərində 36 partiya iştirak edir. Onlardan bəziləri 7%-lik baryeri aşmaq üçün ittifaq yaradıb.

Mənbə: TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

Sivrihisarlılar “Dünya mirası” olan tarixi Ulu Məsciddə səhər namazı üçün toplaşdı

Bugün TV

Həmyerlimiz Helen Həsənli olimpiadanın qalibi olub

Nigar Məmmədova

ANAMA:Ərazilərin minalardan təmizlənmə işləri davam edir

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu