Baş xəbərDünyaSiyasət

Ərdoğan və ailəsi İstanbulda səs verdi

Prezident Ərdoğan və xanımı Əminə Ərdoğan yerli vaxtla saat 12.05-də səs vermək üçün Saffet Çebi orta məktəbinə gəliblər.

Bugun.tv xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Vətəndaşların məhəbbətlə yanaşdığı Ərdoğanı Üsküdar sədri Hilmi Türkmen, AK Partiya İstanbul İl sədri Osman Nuri Kabaktepe və digər maraqlı şəxslər qarşılayıblar.

Prezident Ərdoğan və xanımı Əminə Ərdoğan “3279” nömrəli seçki qutusunun yerləşdiyi sinif otağının qarşısında növbəyə dayanıblar. Onlar lazımi nəzarət üçün sandıq məmurlarına şəxsiyyət vəsiqələrini təqdim etdikdən sonra səs veriblər.

Qeyd edək ki, prezident Ərdoğan seçici siyahısında 175-ci, Əminə Ərdoğan isə 174-cü yerdədir. Həmin məktəbdə səhər saatlarında Ərdoğanın oğlu Bilal və həyat yoldaşı Reyyan Ərdoğan da səs verib.

Mənbə: NTV haber

Bugün TV

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu