4 C
Baku
14 Dekabr 2025, 20:46
Baş xəbərDünya

Ərdoğan Yunanıstana dostluq mesajı göndərdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana dostluq mesajı göndərib.

Bugun.tv xəbər verir ki, bu barədə Yunanıstanın aparıcı qəzetlərindən olan Kathimerini məlumat yayıb.

14 may prezident seçkilərində Ərdoğan qalib gələcəyinə əmin olduğunu bildirib.

“Meydanlarda keçirilən böyük mitinqlər buna işarə edir, xalq öz iradəsini göstərir, biz də bunu görürük”, – o qeyd edib.

Prezident xatırladıb ki, Türkiyədən bir həftə sonra, mayın 21-də Yunanıstanda da prezident seçkiləri həyata keçiriləcək.

“Biz Yunanıstanla düşmənlik və rəqabəti bir kənara qoya bilərik. Hərbi əməliyyatlar hər iki ölkəni yorub. Tərəflər arasında münasibətlərin yeni dövrün başlanğıcı olmasını arzulayıram. Türkiyədən Yunanıstana ən səmimi dostluq salamlarımı göndərirəm” “,- Ərdoğan söyləyib.

O, Yunanıstanın baş naziri Kiriakos Mitsotakisə də mesaj göndərərək, onu dostluğa çağırıb. “Mitsotakis də mənim kimi təəssürat və hissləri saxlamalıdır, sözünün üstündə durmalıdır”,- Ərdoğan bildirib.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

İsveç televiziyası da BBC kimi Trampın çıxışlarını yanlış verdi

Aynur Camal

Baydenin oğlu Hunter 25 il müddətinə azadlıqdan məhrum edildi

Aynur Camal

“20 Yanvar” stansiyasında şübhəli bilinən şəxs saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu