14 C
Baku
22 Noyabr 2024, 11:23
Mədəniyyət

Əsrdən çox yaşı olan Qarabağ xalçası

Zirə Mədəniyyət Mərkəzi -Eko parkın tərkibində fəaliyyət göstərən Zirə xalça muzeyində qədim tarixə malik, nəfis xalçalar nümayiş olunur.

Bugun.tv xəbər verir ki, əhəmiyyətli ekpsonatların sərgiləndiyi xalça muzeyində bu gün yaşı 150-dən çox olan xalça, kilim və palazlar var. Onların hər ilməsində mədəni irismizi, nənələrimizin sığalını yaşadan, tariximiz üçün əhəmiyyətli xovlu və xovsuz xalçalar, palaz və kilimlər var ki, onlar xüsusilə əvəzolunmazdır.

Xalçaların əksəriyyəti Bakı, Quba, Qarabağ, Naxçıvan və İrəvan məktəblərinin nümunələridir.

Muzey xüsusi elektron tanıtım cihazı ilə təchiz olunub. Burada xalçalar haqda Azərbaycan və ingilis dillərində məlumat almaq mümkündür.

Muzeyə gələn ziyarətçilər, ödənişsiz şəkildə dəzgah arxasına keçərək xalça toxumağı öyrənə bilərlər. Xalçalar arasında toxunuşa, naxışlarına və rənginə görə Qarabağ və Təbriz xalçaları digərlərindən fərqlənirlər.

Mərkəzinin şöbə müdiri Ləman Əliyevanın sözlərinə görə, Zirə Mədəniyyər Mərkəzi ekopark Heydər Əliyev fondunun təşəbbüsü ilə 2015-i ildə yaradılıb. Elə o ildən də burada xalça muzeyi fəaliyyət göstərir.

“Bir neçə aydan bir biz ekspozisiyanı yeniləyirk. Muzey açıq muzeydir. Bura gəlmək üçün öncədən yazılmağa və ya bilet almağa ehtiyac yoxdur”, – deyə o bildirib.

Burada Tərbiz xalçası var ki, yaşı 100-dən çoxdur. 110-dan artıq yaşı olan Qarabağ xalçası da var. Qarabağ xalça məktəbinə aid olan bu xalça, “Qacar şahzadəsi” adlanır. O Azərbaycanda yeganədir. Onun ikinci verisiyası isə Təbriz şəhərindəki, Təbriz xalça muzeyində saxlanılır.

L.Əliyeva deyir ki, “yaxın zamanlarda muzeyə Bakı kəndlərinin qədim adət-ənənələrinin, inanclarının əks olunduğu xalçalar gətiriləcək. Hər kəndə aid ümumiləşdirilmiş məlumat toplanıb. Bu məlumatlar içərisində həmin kəndlərin tarixi barəsində müasir dövrə  nələr gəlib çıxması, kəndlərdə nə ilə məşğul olmaları, adət-ənənələri yer alır. Bunun üçün evlərə gedilib, dərindən araşdırma aparılıb, öyrənilib. Misalçün, Bilgəh xalçası üzərində yerli sakinlərin zəfəran ilə məşğul olması bu bitkinin çiçəyinin sterilizə olunmuş təsviri xalçada tam təsvir olunub. Eyni zamanda xalça zəfəran rəngində boyanıb”.

Qeyd edək ki, muzey hər gün səhər saat 9-dan, axşam 18-00-a qədər fəaliyyət göstərir. Giriş ödənişsizdir.

Nigar Məmmədova

Oxşar xəbərlər

Nərimanov rayonunda “Heydər Əliyev və vətənpərvər Azərbaycan Gəncliyi” mövzusunda tədbir keçirilib – FOTO

Şükufə Ramizqızı

 “Təkbuynuzlu” Liverpulda!

Bugün TV

“Bu gün tv” Uşaqların Beynəlxalq Müdafiəsi günündə onlarla birlikdə oldu – SORĞU – FOTO + VİDEO

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu