25 C
Baku
3 Sentyabr 2025, 8:20
Baş xəbərSosial

Ət məhsulunun saxlanma qaydaları – MÜTƏXƏSSİS TÖVSİYƏSİ   

Bugun.tv xəbər verir ki, Qurban bayramı ilə bağlı ət məhsullarına üstünlük verənləri sayı çoxdu. Buna görə də məhsulun tez sıradan çıxmaması üçün onun saxlanma şəraitinə diqqət etmək lazımdır.

Qida üzrə mütəxəssis Məhsəti Hüseynova bununla bağlı fikirlərini Bugun.tv ilə bölüşüb. Onun sözlərinə görə, əti düzgün şəkildə saxlamaq üçün parçalar şəklində deyil, hissələrə bölünüb doğranması lazımdır.

“Əgər soyuducuda saxlanılacaqsa, tək bişirilimlik şəkildə qidaya uyğun, xırda parçalar halında qablaşdırmaq olar. Bu şəkildə əti -18°-də, 3 aya qədər saxlamaq mümkündür. Əgər farş kimi hazırlayırlarsa bu zaman yaxşı olar ki, 2-3 gün ərzində tükədəsiniz. Çünki  uzun müddət saxlanıldıqda, onun tərkibində dəyişikliklər baş verir. Bu həm mikrobioloji, həm də fiziki-kimyəvi dəyişmələrə gətirib çıxarır və ətin tərkibindəki faydalı elementlərdən yararlanmaq mümkün olmur”, – qida mütəxəssisi əlavə edib.

Müxbir: Qaytən Qasımzadə   

Bugün TV

Oxşar xəbərlər

Təyyarənin eniş qurğusunda meyit tapıldı

Kəmalə Sultan

15 iyun – Qurtuluşdan başlanan inkişafımız və zəfər yolumuz

Aynur Camal

Peskov Rusiya və Türkiyənin Krım məsələsində fikir ayrılıqlarının olduğunu açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu