19 C
Baku
8 Sentyabr 2024, 3:52
Baş xəbərDünya

Əzab verməklə əldə olunan dərman

Bugun.tv xəbər verir ki, ayı ödündən dərman əldə etmək üsulu bir çox ölkələrdə qadağan olunub.

Lakin Vyetnamın şimal-şərqindəki Hayfonq bölgəsindəki bir ayının illərlə əsir saxlanılması barədə Animals Asia işçilərinə zəng gəlib.

Bildirilib ki, Gün batımı adlı ayı qaranlıq və çirkli bir otaqda qəfəsə salınıb. Dar paslanmış metal barmaqlıqlar onun pəncələrinin irinlə örtülməsinə səbəb olub.

Uzun illər əsirlik həyatını bir çox ayı yaşamaqdadır. Sağ qalan ayıların ödünü – qaraciyər tərəfindən ifraz olunan qızıl rəngli mayeni çıxarıb yerli losyonlardan tutmuş göz damcılarına və iynələrə qədər ənənəvi tibbdə istifadə edirlər.

Bu məhsulların ticarəti əksər Asiya ölkələrində qadağandır və fəallar qəddar və dayanıqlı olmayan bir təcrübə kimi gördükləri şeyə son qoymağa çalışırlar. Lakin beynəlxalq ekspertlər deyirlər ki, Çində ayı ödünün daxili satışı qanuni olaraq qalmaqdadır.

Jill Robinson 1990-cı illərdə Animals Asia təşkilatını qurub. Və onlar Vyetnam və Çində öd təsərrüfatlarından 680-ə yaxın ayını xilas edib, bir çoxunda ekstremal travma əlamətləri olduğunu deyiblər.

“Saxlanılan ayılar günəş işığını belə görmürlər. Onlarda kütləvi saç tökülmələri olur, məyusluq və ağrıdan tez-tez dişləri qırılır (qəfəslərinin barmaqlıqlarını dişləyirlər)”- məlumatda yazılıb.

Lakin ödlə pul qazanmağı hələki tam aradan qaldırılmayıb. Bu, fermerlər üçün sərfəli bir işdir. Hazırda elm adamları sintetik alternativlər hazırlamaq üzərində işləyir. Bir çox istehlakçılar real olanı üstün tuturlar. Robinson, Vyetnamdakı çiçəklənmə dövründə yalnız bir mililitr ödün 10 dollara satıla biləcəyini söyləyib.

Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) Ayı Mütəxəssisi Qrupunun həmsədri David Qarşelis bu qəddarlığın qarşısını almaq istəyirik deyə vurğulayıb.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

Münhen silah səslərinə oyandı! O, İsrail Baş Konsulluğu qarşısında terror törətdi

Aynur Camal

Müharibənin kölgəsində xoşbəxtlik…Kütləvi toy mərasimi keçirildi

Aynur Camal

Zəhər tacirlərinə qarşı əməliyyat: 12 nəfər saxlanıldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu