İdman

Əziz Yıldırım yenidən “Fənərbaxşa”nın prezidenti ola bilər

Bugun.tv xəbər verir ki, “Fənərbaxça”da reaksiyaların mərkəzində olan yeganə ad prezident Əli Koçdur. İyunun 17-də Baş Assambleyada hərəkətə keçəcək Əziz Yıldırım Əli Koçun vəzifəsindən uzaqlaşdırılması üçün addım atıb. Onun yenidən namizəd olmaq istədiyi də iddia edilir.

Əli Koçun prezidentliyinin 5-ci mövsümündə “Fənərbaxça” bir daha çempion ola bilmədi. Sarı-göylərin çempionluq həsrəti 9 mövsümə çatıb.İndi təkcə azarkeşlər deyil, müxalifət də “istefa” deyir. Prezident Əli Koçun “Namizəd konqresi edək” fikri ortada dursa da, ilk böyük addım 17 iyunda atılacaq.

Başqa bir xəbərə görə, Əziz Yıldırım yenidən sarı-göylülərin prezidenti olmağı səbirsizliklə gözləyir. Yıldırımın bu günlərdə tez-tez komandası ilə əlaqə saxladığı və “Fənərbağça”nı ayağa qaldırmaq üçün məsuliyyət daşımalı olduğunu dediyi öyrənilib.

Mənbə: Ensonhaber

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Qış zarafatı: İdmançılar iqlim dəyişikliyi ilə əlaqədar qəzəbləndilər

Aynur Camal

Hansı məşqlər insanın zehni fəaliyyətini gücləndirir?

Aynur Camal

Futbol ulduzu niyə özünün xüsusi Barbie kuklasını hazırladıb?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu