20 C
Baku
16 Oktyabr 2025, 15:29
Baş xəbər

“1-ci Uşaq Rəqs Festivalı” başlayır

Bugun.tv-xəbər verir ki, Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 2025-ci il 16 noyabr tarixində Bakıda “1-ci Uşaq Rəqs Festivalı” keçiriləcək.

Festival 6–14 yaş arası uşaqlar üçün nəzərdə tutulub. İştirakçılar səhnədə həm Azərbaycan xalq rəqslərini, həm də müxtəlif dünya xalqlarının rəqslərini təqdim edəcəklər.

Festivalın əsas məqsədi uşaqlar arasında rəqs sənətinə marağı artırmaq, onların yaradıcılıq bacarıqlarını üzə çıxarmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək və mədəni müxtəlifliyi təşviq etməkdir.

Tədbir çərçivəsində qrup çıxışları nəzərdə tutulur. Proqram rəngarəng musiqilər, milli geyimlər və bədii kompozisiyalarla zəngin olacaq.

“1-ci Uşaq Rəqs Festivalı” balaca rəqqaslar üçün öz istedadlarını nümayiş etdirmək, səhnə təcrübəsi qazanmaq və müxtəlif mədəniyyətləri daha yaxından tanımaq üçün möhtəşəm bir imkan yaradacaq. Festivalın sonunda iştirakçılara diplom, sertifikat və hədiyyələr təqdim oluncaq.

Aynur Camal

Oxşar xəbərlər

Kiyevdə partlayışlar baş verib

Aynur Camal

“Azərbaycan– Özbəkistan ədəbi-mədəni əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

Aynur Camal

Terror təşkilatlarına qarşı əməliyyat oldu: 12 nəfər saxlanıldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu