Baş xəbər

“1-ci Uşaq Teatr Festivalı”nın açılış mərasimi baş tutdu

Bugun.tv-xəbər verir ki, “10 Mart Milli Teatr Günü” nə həsr olunmuş Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Azərbaycan Teatr Xadimləri İttifaqı və “Emedia Group” Media təşkilatının təşkilatçılığı ilə “1-ci Uşaq Teatr Festivalı”nın açılış mərasimi baş tutub.

Tədbirdə millət vəkilləri, QHT sədrləri, tanınmış incəsənət xadimləri, sənətsevərlər, mətbuat nümayəndələri və digər qonaqlar iştirak etmişdilər.

Festivalın açılışında Azərbaycan İncəsənət Məktəbinin təsisçisi və bədii rəhbəri Fərid Bağırov qonaqları salamlayaraq festivalın məqsədi və proqramı haqqında ətraflı məlumat verdi. Daha sonra millət vəkilləri və incəsənət xadimləri çıxış edərək, festivalın uşaq teatrının inkişafına verdiyi töhfələrdən və mədəniyyətin gənc nəslə aşılanmasının əhəmiyyətindən danışdılar.

Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü ilə təşkil olunan bu festivalın əsas məqsədi uşaqların yaradıcılıq potensialını inkişaf etdirmək, teatr sənətinə marağı artırmaq və gələcək aktyor nəslinin formalaşmasına dəstək verməkdir.

“EMEDIA GROUP” Media təşkilatının sədri Elşən Əliyev bildirdi ki, “1-ci Uşaq Teatr Festivalı” teatrın uşaqların həyatında yaradıcı düşünmə və təxəyyül bacarıqlarını inkişaf etdirir və eyni zamanda, onların sosial bacarıqlarını və dünyagörüşünü genişləndirir, gələcəkdə daha fərqli perspektivlərə sahib olmalarına səbəb olur. Uşaq teatrı həmçinin uşaqlara mədəniyyət və sənətə olan maraqlarını artırır.

6 gün davam edəcək Festivalda 6-14 yaş arası 1, 2 və 3-cü yer üzərində mübarizə aparacaqlar.

Festival 11-16 mart tarixlərində davam edəcək və bu müddətdə müxtəlif orta məktəblər, mədəniyyət mərkəzləri, dövlət və özəl qurumların iştirakı ilə bir neçə teatr tamaşası nümayiş olunacaq.

Münsiflər heyətinin qiymətləndirməsi əsasında qaliblər seçilərək 17 mart festivalın bağlanış mərasimində ictimaiyyətə təqdim oluncaqlar.

Daha sonra tədbir bədii hissə ilə davam etmişdir.

Sonda Azərbaycan İncəsənət Məktəbinin təsisçisi və bədii rəhbəri Fərid Bağırov Festivalın tərəfdaşlarına Kinderland Uşaq Əyləncə Mərkəzi, Ailəm Electronics, Mədəniyyət Könüllüləri İctimai Birliyi, Guarden Şirkəti və Ulu 1995 mətbəəsinə tədbirdə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi.

Aynur Camal

Oxşar xəbərlər

Yazgül Abdıyeva təltif edildi – FOTO

İntizar Əmirova

Yapon zəlzələ eksperti İstanbula xəbərdarlıq etdi!

Kəmalə Sultan

“Tost” maliyyə piramidası ilə bağlı dələduzluq halları yayılıb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu