14 C
Baku
22 Noyabr 2024, 8:19
Dünya

1 günlük turistlər 700 min avro qazandırdı

İtaliyanın kanalları ilə məşhur olan Venesiya şəhərində bir günlük şəhərə gələn turistlər üçün aprelin 25-dən istifadəyə verilən “giriş haqqı” tətbiqinin ilk 8 günündə 700 min avrodan çox gəlir əldə edildiyi bildirilib.

İtaliyanın “Corriere della Sera” qəzetinin xəbərinə görə, 25 aprel – 2 may tarixləri arasında şəhərə gündəlik 144 min 645 ziyarətçi 5 avroluq giriş haqqı ödəyib. Beləliklə, Venesiya şəhəri 723 min 225 avro qazanıb.

Xəbərlərdə giriş haqqının yığıldığı ilk 8 gün ərzində əldə edilən gəlirin 7 ayda gözlənilən qazanc səviyyəsinə bərabər olduğu bildirilsə də, bu vəziyyətin bələdiyyə rəhbərliyinin gözləntilərinin üstündə olduğu qeyd edilib.

Qəzetin xəbərində o da şərh edilib ki, giriş pulu tətbiqi şəhərə turist axınına mane olmayıb.

Şəhərdəki turist sıxlığına nəzarət etmək üçün 2023-cü ilin sentyabr ayında Venesiya Bələdiyyə Şurası tərəfindən qəbul edilən “Venesiyaya giriş haqqı” tətbiqi, ilk gündə məşğul olacağı gözlənilən bəzi bayramlar da daxil olmaqla 29 gün ərzində sınaqdan keçiriləcək.

Gündəlik Venesiya səfərləri göstərilən 29 gün ərzində düşən turistlər “Contributo di Accesso a Venezia” (Venesiyaya giriş haqqı) adlı saytda rezervasiya edərək giriş haqlarını ödəyə biləcəklər.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Türkmənistanın MSK-sı ölkədə keçirilən parlament seçkilərini legitim tanıyıb

Nigar Məmmədova

12 il həbs cəzası dəqiqləşdi?

Aynur Camal

Saxta spirtli içki fəlakəti: 21 nəfər həyatını itirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu