21 C
Baku
11 İyun 2025, 3:03
Baş xəbərSosial

1 İyun münasibətilə Uşaq və Qadın sığınacağında tədbir keçirilib

Bugun.tv xəbər verir ki, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri Ülviyyə Bəbirli təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən, istedadlı uşaqların daim dövlətmizin qayğısı ilə əhatə olunmasından və bu siyasi kursun uğurlu nəticələrindən bəhs edərək tədbirdə iştirak edən uşaqların bayramını təbrik edib, onlara yeni nailiyyətlər arzulamışdır.

Tədbirin bədii hissəsində “Səs Azərbaycan – doğma nəğmələr” yarışmasının iştirakçıları İlkin Dövlətov, Türkay Cəfərlinski, Telli Əbilova, Sabir Əliyev, Səttar Qəmbərov, Zaur Gərayev, o cümlədən mədəniyyət könüllüləri Aslan Aslanov, Əli Məhərrəmzadə, Ülvi Həşimov, Əbdül Hüseynzadənin ifasında müxtəlif nəğmələr, aşıq havaları səsləndirilib, rəqs nömrələri təqdim olunub.

Sonda “Mədəniyyət Könüllüləri” İctimai Birliyi tərəfindən Uşaq və Qadın sığınacağının balaca üzvlərinə müxtəlif hədiyyələr təqdim olunub.

Aynur Camal

Oxşar xəbərlər

Nigeriya vətəndaşlarını Sudandan təxliyə edəcək

Nigar Məmmədova

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

Bugün TV

“Azərbaycanın dünyaya təqdim etdiyi yeni nizam”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu