Baş xəbərKriminal

1 kiloqramdan artıq heroin aşkar edildi

Bugun.tv xəbər verir ki, Mehdiabadda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsdən 1 kiloqramdan artıq heroin aşkar edilib.

Abşeron Rayon Polis İdarəsi Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Əməliyyat nəticəsində 1970-ci il təvəllüdlü, əvvəllər də narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş Lənkəran şəhər sakini Məmmədov Tərlan Bahadır oğlu saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Abşeron RPİ-də araşdırma aparılır.

Kəmalə Sultan

Oxşar xəbərlər

Vüqar Bayramov manatın məzənnəsi ilə bağlı gözləntilərini açıqlayıb

Aynur Camal

Prezident İlham Əliyev: “Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində sürətli artım var”

Aynur Camal

Vüqar Bayramov: Xarici sərmayələrin artması qeyri-neft sektorunun inkişafını stimullaşdıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu