25 C
Baku
19 İyul 2025, 22:46
Baş xəbərSosial

1 saylı Sumqayıt “ASAN xidmət”i 10 il sizinlə! – FOTO

Bugun.tv-yə daxil olan məlumata görə, 1 saylı Sumqayıt “ASAN xidmət” – 10 illik fəaliyyətini qeyd edir.

Mərkəz müvafiq xidmətlər üzrə qeydiyyat məhdudiyyəti olmadan vətəndaşlara xidmət göstərir.

10 illik fəaliyyəti dövründə mərkəzə ümümilikdə 6,140, 000-dən çox vətəndaş müraciəti daxil olub. Eyni zamanda Səyyar ASAN xidmət avtobusu vasitəsilə 171,185-dən çox vətəndaş müraciəti qəbul olunub.

Gündəlik orta müraciət sayı 2000-ə yaxındır.

1 saylı Sumqayıt regional “ASAN xidmət“ mərkəzində 3400 nəfər könüllü fəaliyyət göstərib. Bu dövr ərzində könüllülərin iştirakı ilə müxtəlif sosial layihələr, teatr, tamaşalar, idman yarışları intelektual oyunlar, xeyriyyə aksiyaları, tarix və mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunub.

Qeyd edək ki, prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan bu sözügedən mərkəzin açılışı 3 may 2013-cü il tarixində baş tutub.

Aynur Camal

Oxşar xəbərlər

“Xocalı soyqırımı bəşəriyyət üçün utanc vericidir”

Aynur Camal

Səhərdən bəri İsrailin hücumlarında 100 nəfər ölüb

Aynur Camal

“M360 Eurasia 2023” konfransı baş tutub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu