25 C
Baku
27 İyul 2025, 0:15
Baş xəbərKriminal

10000 manat dəyərində məişət əşyaları oğurlayanlar saxlanıldı

Neftçalada evlərin birindən 10000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bugun.tv-yə verilən məlumata görə, cari ilin aprel ayının 1-dən 15-dək olan müddətdə Neftçala rayonunun Bankə qəsəbəsi ərazisində yerləşən evlərin birindən 10000 manat dəyərində məişət əşyalarının və avadanlıqlarının oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən həmin qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Davud Babayev və Cavidan Abdullayev saxlanılıblar.

Dindirilmə zamanı D.Babayev və C.Abdullayev cinayət əməllərini səmimi etiraf edərək, qabaqcadan əlbir olaraq zərərçəkmişə məxsus evə 5 dəfə qanunsuz daxil olduqlarını və oradan müxtəlif növ məişət əşyaları və avadanlıqları oğurladıqlarını bildiriblər. Qənimətlərin bir qismini dəyərindən ucuz qiymətə satan tanışlar əldə etdikləri pulları öz aralarında bölüblər. Əşya və avadanlıqların bir qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. D.Babayev və C.Abdullayevin digər analoji hadisələrdə iştirakının olub-olmaması araşdırılır.

Aynur Camal

Oxşar xəbərlər

Yasamalda dönərxanada yanğın olub

Nigar Məmmədova

8 saat uçdular və heç yerə çata bilmədilər.

Aynur Camal

Yunanıstanın Lesbos adasında gəmi batdı, 13 nəfər itkin düşdü

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu