10 C
Baku
12 Dekabr 2024, 14:43
Baş xəbər

“10 balı toplaya bilməyən müəllimlər haqqında məlumat ictimaiyyətə təqdim olunsun”- DEPUTAT TƏKLİF ETDİ

Laçın yolu ilə bağlı açıqlama

“Sertifikasiya imtahanlarında iştirak edən 13 min 300 müəllimin və ya sinağa qatılanların 35 faizinin 30 balı toplaya bilməməsi yalnız orta deyil, eləcə də ali məktəblərində təhsilin keyfiyyətinin artırılması baxımdan bir siqnaldır. İmtahanlarda iştirak edənlərin 35 faizi 50 faizdən az nəticə göstərib. Eyni zamanda, 223 müəllimin balı bir rəqəmli olub, yəni onlar hətta 10 bal belə toplaya bilməyiblər”.

Bugun.tv xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında qeyd edib.

“Təklif irəli sürürəm ki, Elm və Təhsil Nazirliyi 10 balı toplaya bilməyənlərin neçənci illərdə və hansı universitetlərin məzunları olmaları ilə bağlı məlumatları ictimaiyyətə təqdim etsin.

Bu, ali məktəblərdə pedoqoji fənnlərin tədrisinin keyfiyyətinin qiymətləndirilməsinə əsas verə bilər. Yəni, əgər həmin müəllimlər ali məktəbləri yeni bitiriblərsə, o zaman ali təhslinin keyfiyyətinin də monitorinq edilməsinə ciddi ehtiyac yarana bilər. Qeyd edək ki, Milli Məclisdə qəbul edilən dəyişikliklərə əsasən, sertifikasiyada iştirak müddəti pedoqoji fəaliyyətə başladıqdan ilk 5 ildən 3 ilə endirilir və bu da yeni universitet məzunlarının aldıqları təhsilinin keyfiyyətini qiymətləndirməyə də imkan verə bilər”, -V.Bayramov bildirib.

Onun fikrincə, bütövlükdə, sertifikasiya imtahanları yalnız orta deyil, eləcə də ali təhsildə islahatların dərinləşdirilməsi mesajlarını aydın şəkildə gündəmə gətirdi. Deməli, çağrışlar heç də orta təhsil sferası ilə tamamlanmır.

Nigar Məmmədova

Oxşar xəbərlər

Avropanın qaz ehtiyatları 97 faizə yaxınlaşır

Bugün TV

DSX Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyini qeyd etdi

Aynur Camal

15 şagird zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirildi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu