25 C
Baku
27 İyul 2025, 0:51
Baş xəbərDünya

10 min adamı telefonla dolandıran 83 nəfər tutulub

İspaniya və Peruda 10 min insanı telefonla aldadaraq 3 milyon avro qanunsuz qazanc əldə edən 83 nəfərin tutulduğu açıqlanıb.

İspaniya Milli Polisi tərəfindən edilən yazılı açıqlamada, İspaniya və Peruda telefonda “vishing (səs fişinqi)” adlı səsli aldatmadan istifadə edərək fırıldaqçılıq etdiyi təsbit edilən dəstənin aşkar edildiyi açıqlanıb.

Sözügedən dəstənin indiyə qədər ümumilikdə 3 milyon avro alaraq 10 min adamı aldatdığı bildirilib.

Əməliyyatlar zamanı 35 nəfərin İspaniyada, 48 nəfərin isə Peruda ələ keçirildiyi paylaşılıb.

Qeyd olunub ki, iki ölkə polisi cinayətkar təşkilata qarşı 29 yerdə reyd keçirib, 3 zəng mərkəzini möhürləyib, xeyli sayda mobil telefon, kompüter, saxta sənədlər və pul ələ keçirib.

Bildirilib ki, cinayətkar təşkilat ümumilikdə qurbanlarını yaşlı insanlar arasından seçib və özlərini bank işçisi kimi təqdim edərək onların hesablarına daxil olub.

Fırıldaqçılıqdan əldə edilən qanunsuz qazancların təxminən 30 faizinin İspaniyada banklarda saxlanıldığı, qalan hissəsinin isə Peruya köçürüldüyü açıqlandı.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Sosia köşkləri YUNESKO-nun siyahısına daxil edilib

Aynur Camal

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatı- VİDEO

Aynur Camal

Ələt-Astara yolunda qəza oldu, nəticədə 2 nəfər öldü

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu