Baş xəbərDünya

10 min pilotsuz təyyarə ilə edilən nümayiş rekord qırdı

Çinin Shenzhen Bay parkında 10 min 197 pilotsuz uçuş aparatı ilə həyata keçirilən nümayiş iki Ginnesin Rekordlar Kitabına düşüb. Çinin Quandun əyalətinin Şençjen şəhərindəki Shenzhen Bay parkında 10 min 197 pilotsuz təyyarə ilə nümayiş olunan şou tamaşaçıları valeh edib.

Sentyabrın 26-da Çində bu gün qeyd olunan Milli Gün qeyd etmələri öncəsi təşkil edilən şou ilə Ginnesin Rekordlar Kitabı iki dəfə qırılıb.

DRONLARLA ƏN BÖYÜK ŞOU

Minlərlə insanın izlədiyi şou ilə “bir kompüterdən eyni anda havaya qalxan ən çox pilotsuz uçuş aparatı” və “dronlarla ən böyük nümayiş” rekordları qırıldı.

Bir həftə əvvəl başlayan şənliklər çərçivəsində keçirilən şouda şəhərin simvoluna çevrilən elementlər səmanı pilotsuz təyyarələrlə işıqlandırıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu