ABŞ və Fransanın rəhbərlik etdiyi Avropa İttifaqı (Aİ) və digər 8 ölkəni bir araya gətirən birgə bəyanatda, İsrail və Livan arasında qarşıdurmaların dayandırılması və diplomatiyaya meydanın açılması üçün 21 günlük fövqəladə atəşkəs elan edilib.
İsrail və Livan arasında artan münaqişələrə son qoymaq və diplomatik həll yollarını açmaq üçün 10 ölkə hərəkətə keçib.
Ağ Evdən edilən yazılı açıqlamada, ABŞ və Fransanın İsrail-Livan sərhədində atəşkəs çağırışı ilə bağlı razılığa gəldiyi, bununla bağlı AB, Avstraliya, Kanada, Almaniya, İtaliya, Yaponiya, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) də iştirak etdiyi bildirildi.
“Livan və İsrail arasında 2023-cü il oktyabrın 8-dən bəri davam edən vəziyyət dözülməzdir və regional gərginliyin daha da artması üçün qəbuledilməz risk yaradır. Bu vəziyyət heç kimin, nə İsrailin, nə də Livan xalqının marağındadır”, – birgə bəyanatda deyilir.
Açıqlamada sərhədin hər iki tərəfindəki mülki şəxslərin evlərinə qayıtmalarını təmin edəcək diplomatik razılaşmanın vaxtının gəldiyi vurğulanıb və əlavə edilib: “Bu qarşıdurmada gərginlik yüksək olduqda diplomatiya uğurlu ola bilməz. Bu səbəbdən, Biz diplomatiyaya yer açmaq üçün İsrail-Livan sərhədində təcili 21 günlük atəşkəsə çağırırıq” ifadələrdən istifadə olunurdu.
Bəyanatda Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğun olaraq İsrail və Livan administrasiyalarından bu müvəqqəti atəşkəs təklifini dəstəkləməyə çağırılıb və hazırda bölgədə diplomatiyaya ehtiyac olduğu qeyd edilib.
Mənbə: TGRT