23 C
Baku
9 İyun 2025, 23:18
Baş xəbərSiyasət

10 terrorçu zərərsizləşdirildi

Suriyanın şimalında törədilən terror aktında 4 əsgər yaralanıb. Buna qarşı terrorçu hədəfləri atəşə tutulub. 10 terrorçu zərərsizləşdirilib.

“Terrorla mübarizəmiz fasiləsiz, qətiyyət və əzmlə davam edir. Son terrorçu zərərsizləşdirilənə qədər də davam edəcəyik. Mübarizəmiz indi də davam edir. Terrorçuların bütün məlum hədəfləri atəşə tutulub. 4 yaralımız var, onlara lazımi tibbi yardım göstərilir”.

Bugun.tv xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Suriyanın şimalında Zeytun Budağı və Fərat Qalxanı bazası ərazilərinə edilən terror hücumları ilə bağlı açıqlamasında bildirib.

“Söhbət güclü və böyük Türkiyədən gedir. Söhbət əsgərlərin nailiyyətlərindən gedir. Söhbət beynəlxalq təhdidlərdən və təhlükələrdən gedir. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə aparılan işləri, mübarizəmizi izah etməyə çalışırıq. Bizim yeganə məqsədimiz millətimizə silah çəkən terrorçulara qarşıdır. Sərhədlərimizin qorunması, vətəndaşlarımızın təhlükəsizliyi üçün mübarizəmizi davam etdirmək əzmindəyik”,- H.Akar vurğulayıb.

Mənbə: TRT Haber

Kəmalə Sultan

Oxşar xəbərlər

Paytaxt sakini buçaqlanaraq qətlə yetirildi

Kəmalə Sultan

Sudana təcili ərzaq və tibbi ləvazimatlar göndərildi

Aynur Camal

Zelenski paylaşım etdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu