24 C
Baku
29 İyun 2025, 0:30
Baş xəbərİdman

100 çox şahmatçının iştirak etdiyi turnirin qalibləri müəyyənləşdi

Xaçmazda yüzdən çox şahmatçının iştirak etdiyi turnirin qalibləri müəyyənləşib.

Bugun.tv xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə Xaçmazda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş regional turnir keçirilib.

Xaçmaz rayon Heydər Əliyev Mərkəzində təşkil olunan turnirdə Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarını təmsil edən 100-dən çox qadın şahmatçı mübarizə aparıb.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Azərbaycan Şahmat Federasiyasının komissiya sədri, beynəlxalq qrosmeyster Zeynəb Məmmədyarova turnirin əhəmiyyəti və iştirakçılar barədə ətraflı məlumat verib.

Daha sonra Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Anar Oruclu, YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqardaşov, rayonun gənclər və idman idarəsinin rəisi Elman Məmmədov və digərləri çıxış edərək ölkəmizdə həyata keçirilən gənclər və idman siyasətindən, idmançılarımızın beynəlxalq arenada qazandığı uğurlardan danışıblar.

Yarışın yekununa əsasən müxtəlif kateqoriyalar üzrə fərqlənən şahmatçılar kubok və diplomlarla mükafatlandırılıblar. Sonda turnir iştirakçıları Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovla şahmat oynayıb və xatirə şəkilləri çəkdiriblər.

Mənbə: AZƏRTAC

Aynur Camal

Oxşar xəbərlər

Böyük bir peyk kosmosda müəmmalı şəkildə parçalandı

Aynur Camal

41 qeyri-qanuni mühacir tutuldu

Aynur Camal

Naftalanda narkotik yetişdirən şəxs saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu