Baş xəbərDünya

100 dollarlıq əskinasların üzərinə Trampın şəkli daxil edildi

ABŞ-da 100 dollarlıq əskinasların üzərinə Trampın şəklinin daxil edilməsini nəzərdə tutan qanun layihəsi təqdim edilib. Bildirilir ki, təklif qanuniləşdirilərsə, Trampın şəkli 2028-ci il dekabrın 31-dən sonra çap olunan bütün 100 dollarlıq əskinaslarda əks olunacaq.

ABŞ prezidenti Donald Tramp ingilis dilini ölkənin rəsmi dili elan edən prezident fərmanı imzalayıb. Bu qərar ABŞ tarixində ilk dəfə olaraq milli dil yaratdı. Bildirilib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının iki üzvü 100 dollarlıq əskinasların üzərinə Bencamin Franklinin əvəzinə prezident Donald Trampın şəklinin qoyulması ilə bağlı qanun layihəsi təqdim edib.

Respublikaçı Nümayəndələr Palatasının üzvləri Brandon Gill və Troy Nehls X sosial media platformasındakı paylaşımlarında “Qızıl Dövr 2025 Aktı” adlı qanun layihəsini Nümayəndələr Palatasına təqdim etdiklərini açıqlayıblar.

“Heç kim Amerikanı qızıl dövrə gətirmək üçün prezident Trampdan daha çox iş görməyib. Onun 100 dollarlıq əskinasa daxil edilməsi onun növbəti 4 ildə görəcəyi hər şeyə hörmət etmək üçün kiçik bir yoldur”, – Nehls bildirib.

Gill qanun layihəsinə dəstək istəyib və “Gəlin tarix yazaq” deyib. O, açıqlama verib.

Bildirilir ki, təklif qanuniləşdirilərsə, Trampın şəkli 2028-ci il dekabrın 31-dən sonra çap olunan bütün 100 dollarlıq əskinaslarda əks olunacaq.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

HSV Alzheimer xəstəliyinə səbəb ola bilər  

Aynur Camal

İspaniyada meşə yanğınları 5 gündür davam edir

Nigar Məmmədova

Çindən Qəzza mesajı: Mülki əhali və mülki obyektlər heç vaxt hədəf olmamalıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu