10 C
Baku
12 Dekabr 2024, 16:50
Dünya

100 ilin ən güclü qarı: 4 nəfər ölüb

Cənubi Koreyada son 100 ilin ən güclü qarı təsirli olub. Qarın qalınlığının rekord həddə çatdığı bildirilib. Ölkəni təsirini davam etdirən güclü qar nəticəsində 4 nəfərin həyatını itirdiyi açıqlanıb. Cənubi Koreyanın meteorologiya agentliyi mövsümün ilk qarının rekord səviyyədə olduğunu açıqlayıb. Səlahiyyətlilər çərşənbə günü səhər saat 07:00-a qədər 16,5 sm qarın yağdığını və 28 noyabr 1972-ci ildə Seulda qeydə alınan 12,4 sm rekordu aşdığını bildirdi. Agentlik bunun 1907-ci ildə rekordlar başlayandan bəri ən güclü qar yağdığını açıqlayıb.

Koreya Meteorologiya İdarəsinin (KMA) məlumatına görə, Seulun Qvanak bölgəsində qarın qalınlığı 40,2, Seongbuk bölgəsində isə 27,1 santimetrə çatıb.

Pyeongtaekdə qolf meydançasında qar təmizləyərkən bir nəfər çökən tikilinin altında ölüb. Dayanacaqda tentenin uçması nəticəsində bir nəfər ölüb. Güclü qar yağışı nəticəsində ümumi insan itkisi 4-ə yüksəlib.

Bəzi maşınlar gecə boyu yollarda qalsa da, bəziləri irəliləməkdə çətinlik çəkib. Wonju şəhərində buz bağlaması səbəbindən 53 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, 11 nəfər xəsarət alıb.

Güclü qar hava, dəniz və dəmir yolu nəqliyyatına da mənfi təsir göstərib. Bu gün 142 reys ləğv edilərkən, 76 marşrut üzrə 99 bərə reysləri dayandırılıb. Koreya Dəmir Yolları bəzi qatar xətlərində uçuşlarda gecikmələr olduğunu açıqladı.

Seul rəhbərliyi qar və buzlanma ilə mübarizə işlərinin 11 mindən çox personalın iştirakı ilə davam etdiyini açıqlayıb.

Meteorologiya İdarəsi Seul, eləcə də Qanqvon əyalətinin Chuncheon, Wonju və Hoengseong şəhərlərinin güclü qar yağışı ilə bağlı xəbərdarlıq edildiyini açıqlayıb.

Ötən gün Cənubi Koreyanın paytaxtı Seul və ətrafına rekord miqdarda qar yağıb, əlverişsiz hava şəraiti səbəbindən 317 aviareys təxirə salınıb. Nəqliyyatın hərəkətində aksamalara səbəb olan güclü qar elektrik enerjisinin də kəsilməsinə səbəb olub. Güclü qar nəticəsində Qanqvon əyalətində 5 avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsində 1 nəfər, Yanjuda isə qar təmizləyən 1 nəfər ölüb.

Mənbə: Hurriyet.Tr

Aynur Camal

Oxşar xəbərlər

Ukrayna ordusu 160-a qədər hərbçisini itirdi

Aynur Camal

Göydə yeni türk imzası

Aynur Camal

Duz istifadə etmədən duzlu yemək yemək artıq mümkündür!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu