Baş xəbərDünya

100 miqrant saxlanıldı – FOTO

Bugun.tv xəbər verir ki, Ankara şəhərinin 3 vilayətində əməliyyat gerçəkləşdirilib.

Türkiyəyə qeyri-qanuni yollarla daxil olan əcnəbi vətəndaşların tutulması üçün Kocaeli və Çankırıda keçirilən əməliyyatlarda 100 qeyri-qanuni miqrant tutulub, 3 vasitəçi saxlanılıb.

Ankara Polis İdarəsi Mühacir Qaçaqmalçılığı və Sərhəd şöbəsi ölkəyə qanunsuz yollarla daxil olduğu müəyyən edilən əcnəbi vətəndaşlarla bağlı işlərə başlayıb.

Uzun sürən əməliyyat nəticəsində Ankara, Kocaeli və Çankırıda 9 fərqli əməliyyatda 100 qeyri-qanuni miqrant yaxalanıb. Məlum olub ki, vasitəçilər miqrantları pul qarşılığında paytaxtdan keçirməklə başqa vilayətlərə daşımaq istəyiblər.

Bildirilib ki, İran sərhədindən ölkəyə daxil olduqları müəyyən edilən miqrantların deportasiyası üçün prosedurlara başlanılıb.

Mənbə: En son haber

Elnarə Dərziyeva

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu