17 C
Baku
10 İyun 2025, 5:32
Dünya

Yeni yanğın təhlükəsi! Yenidən küləklər gücləndi

ABŞ-ın Kaliforniya ştatında 27 nəfərin həyatına son qoyan və 40 min dekardan çox ərazini məhv edən yanğın böyük ölçüdə nəzarət altına alınsa da, bölgədə yenidən güclənən küləyin yeni yanğınlara səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar var.

Kaliforniyanın Los-Anceles şəhərində 12 mindən çox ev və iş yerini məhv edən yanğınlardan sonra güclü külək səbəbiylə cənubdakı San Dieqo şəhərində də yanğınlar başlayıb.

Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə İdarəsi verdiyi açıqlamada San Dieqo bölgəsində Lilac və Pala adlı yeni yanğınların nəzarət altına alındığını, lakin yeni yanğınların çıxma ehtimalının olduğunu bildirib.

Səlahiyyətlilər, bəzi yerlərdə sürəti saatda 120 kilometrə çatan güclü küləklərin cümə axşamı gününə qədər əsməyə davam edəcəyini, lakin yeni yanğınların baş verə biləcəyi ehtimalına qarşı maksimum tədbir görüldüyünü və hər cür yanğınsöndürmə vasitələrinin hazır vəziyyətdə saxlanıldığını bildirib.

 Bundan əlavə, Los Anceles qraflığı sərhədləri daxilində yanğın bölgəsində yağış ehtimalının olduğu və qarşılanacaq yağışın bəzi sağlamlıq problemlərinə səbəb ola biləcəyi paylaşılıb.

Şəhər rəsmilərinin açıqlama və xəbərdarlıqlarında, “Los Ancelesdən çıxan küllər yerüstü su axını və küləklə sahil sularına qarışa bilər. Külün tərkibində arsen, digər metallar və asbest kimi insan sağlamlığına zərər verə biləcək maddələr ola bilər” bəyanatlar daxil edilmişdir.

Los Angeles County Xalq Sağlamlığı Departamenti sakinlərə xatırladıb ki, güclü küləklər və yanğınlar nəticəsində qalan hissəciklər bütün mahalda havanın keyfiyyətinə təsir göstərə bilər.

Bundan əlavə, vətəndaşlar müəyyən çimərliklərdə yanğın külünün qarışması ehtimalı ilə əlaqədar çimməyin təhlükəli ola biləcəyini; Dəniz suyunun tərkibində “arsen, digər metallar və asbest kimi sağlamlığa zərərli maddələr ola bilər” xəbərdarlığı edilib.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Britaniya kral ailəsinin internet saytı kiberhücuma məruz qaldı

Elnarə Dərziyeva

Baydendən sui-qəsd bəyanatı: Biz hücumçunu tanıyırıq, lakin səbəbini bilmirik

Aynur Camal

Güclü yağış həyatı su altında qoydu!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu